Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
14 İyul 2026 / 16:36

Əcnəbi vətəndaşların Gürcüstandan kütləvi deportasiyası davam edir- SƏBƏB

Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti və nazirliyin digər müvafiq strukturlarının birgə koordinasiyası ilə son günlər ərzində həyata keçirilən kompleks tədbirlər nəticəsində ölkədən 113 əcnəbi vətəndaş deportasiya edilib. Tezadlar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, deportasiya olunan şəxslər Türkiyə, Hindistan, Rusiya, Türkmənistan, Banqladeş, Nigeriya, Azərbaycan, Çin, Özbəkistan, Sudan, Keniya, Paraqvay, Filippin, İordaniya, Uqanda, Livan və digər ölkələrin vətəndaşlarıdır. İstintaq zamanı müəyyən edilib ki, saxlanılan şəxslər “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusu haqqında” qanuna əsasən ölkədə qanuni əsas olmadan qalıblar. Onlar sığınacaq proseduru çərçivəsində nəzərdə tutulan müddətlərdən sui-istifadə edərək illərlə ölkədə qanunsuz yaşayıblar. Nazirlik bildirib ki, qüvvədə olan qanunvericiliyə əsasən həmin şəxslərin Gürcüstana girişi qadağan edilib. Daxili İşlər Nazirliyinin açıqladığı son statistikaya əsasən, 2026-cı ilin əvvəlindən indiyədək Gürcüstandan ümumilikdə 2 203 qeyri-qanuni miqrant deportasiya edilib. Bu göstərici 2025-ci ilin ümumi statistikası ilə müqayisədə 70 faiz çoxdur.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!