Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Rusiyanın “NEWS.ru” nəşri iyulun 13-14-də keçirilən IV Şuşa Qlobal Media Forumuna həsr olunmuş materialında qeyd edib ki, tədbirin əsas mövzularından biri süni intellektin media məkanına təsiri onun inkişafı ilə bağlı çağırışlara cavab axtarışı olub.
Tezadlar.az xəbər verir ki, nəşrdə forum iştirakçılarının süni intellektin inkişafına, dezinformasiya ilə mübarizəyə və mediaya etimad məsələlərinə həsr olunmuş çıxışları ətraflı işıqlandırılır.
Azərbaycan Prezidentinin köməkçisi Şuşadakı forumda nə deyib?
“Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda IV Şuşa Qlobal Media Forumunun ikinci günü Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin çıxışı ilə açılıb. O xatırladıb ki, hələ yaxın vaxtlara qədər media sahəsində süni intellekt ilkin mərhələdə idi və onun köməyi ilə hazırlanan çıxışlar ekzotika kimi qəbul edilirdi. Bu gün texnologiya gündəlik həyatın bir hissəsinə çevrilib.
Şuşadakı mediaforumun panel müzakirələrində nələrdən danışılıb?
Forumun ikinci günündə çıxış edən Mərakeşin Audiovizual Kommunikasiya üzrə Ali Qurumunun prezidenti Lətifə Axarbaş bildirib ki, əsas vəzifə cəmiyyətin informasiyaya etimadını qaytarmaqdır. O qeyd edib ki, insanların 56%-i xəbərləri daha çox sosial şəbəkələrdən əldə edir, lakin bu xəbərlərin nə qədər doğru olmasını sual altında qoyur.
“Dezinformasiyanın dünyaya təsiri: Medianın əlaqələndirilmiş cavabları” adlı təkbətək müzakirələr zamanı Britaniyanın “Atticus Partners” kommunikasiya agentliyinin təsisçisi Leon Kuk bu problemi qabardıb.
“Bir neçə il əvvəl aparılan araşdırmada qeyd olunurdu ki, təxminən 80 ölkə bu və ya digər formada dövlət səviyyəsində dezinformasiyanın yayılmasında iştirak edib. Dünya İqtisadi Forumunun qlobal risklərə dair son məruzəsinə görə, dezinformasiya ilin ən ehtimal olunan riskidir: yalan məlumat həqiqətdən altı dəfə sürətlə yayılır və 70 % daha tez-tez repost obyektinə çevrilir”, – deyə o qeyd edib.