Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
14 İyul 2026 / 18:46

“Premium Bank” yarımili mənfəətlə başa vurub

“Premium Bank” ASC bu ilin I yarısını 9,326 milyon manat mənfəətlə başa vurub.

Tezadlar.az xəbər verr ki, Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 47,8 % çoxdur.

Yanvar-iyun aylarında “Premium Bank”ın gəlirləri 30,052 milyon manat (1 il əvvələ nisbətən 16,6 % çox), xərcləri 20,108 milyon manat (4,9 % çox), xüsusi ehtiyatlara ayırmaları 618 min manat (2 dəfə çox) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.

Bu il iyulun 1-nə “Premium Bank”ın aktivləri 668,222 milyon manat olub ki, bu da illik müqayisədə 3,1 % çoxdur. Bunun 487,635 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 4,4 % böyüyüb.

Hesabat dövründə “Premium Bank”ın öhdəlikləri 4,3 % artaraq 474,082 milyon manata, o cümlədən depozit portfeli 6,6 % artaraq 392,359 milyon manata, balans kapitalı isə 0,1 % artaraq 194,14 milyon manata çatıb.

Xatırladaq ki, “Premium Bank” 1993-cü ildə “AZAL Bank” adı ilə yaradılıb, 2008-ci ildə adını “Silk Vey Bank”a dəyişib, 2018-ci ildə isə yenidən rebrendinq edib. Onun nizamnamə kapitalı 174,601 milyon manatdır. Bankın səhmdarları 86,25 % payla “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) keçmiş prezidenti Cahangir Əsgərov, 13,47 % payla “VIP Aviation Services” MMC və 0,28 % payla Elvira Əhmədovadır.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!