“Bank Milli İran”ın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.
Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, “Bank Milli İran”ın Azərbaycanda bazar payı sıfır faizə yaxındır:
“Artıq illər boyu sanksiyalar altındadır və Azərbaycanla öz fəaliyyətini davam edir və hər hansısa yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur. O, Azərbaycan Mərkəzi Bankın tələblərinə riayət edir. İndiki halda ölkənin hər hansı bir tədbir görülməsini biz nəzərdə tutmuruq. Bank artıq uzun müddətdir ki, Azərbaycanın bazarında fəaliyyət göstərir və qaydaları başa düşür. Yəni biz hər hansı bir problemlərlə qarşılaşmırıq”, – sədr vurğulayıb.







