Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Gözlənilməz halda ABŞ Prezidenti Donald Tramp Ukraynadakı müharibənin prezidentlik müddəti bitməmiş başa çata biləcəyini bildirib. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla xəbər verir ki, Tramp bu barədə “Fox News” telekanalına müsahibəsində danışıb.
Düşünürəm ki, bu münaqişə mənim prezidentlik müddətim başa çatana qədər bitə bilər. Hesab edirəm ki, o (Vladimir Putin) razılaşma əldə etməyə hazırdır. Və bu, yaxın zamanda baş verəcək”, – ABŞ lideri bildirib.
Qeyd edək ki, Trampın prezidentlik müddəti 2029-cu ildə başa çatacaq.
Rəsmi Moskva hələki bu barədə susur, şərh vermir.
A.Məmmədli