Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ötən gecə saatlarında ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İrana qarşı növbəti zərbə dalğasının başa çatdığını açıqlayıb. Tezadlar.az CNN- ə istinadla xəbər verir ki, bu barədə komandanlığın X sosial şəbəkəsində yayımladığı məlumatda bildirilib.
Qeyd olunub ki, ABŞ qüvvələri İranın komanda mərkəzlərinə, hava hücumundan müdafiə obyektlərinə, raket və pilotsuz sistemlərinə, eləcə də sahil müşahidə vasitələrinə zərbələr endirib.
Vurğulanıb ki, əməliyyatın məqsədi Hörmüz boğazından keçən kommersiya gəmilərinin ekipajlarına qarşı İranın təhdid imkanlarını daha da azaltmaq olub. Bir neçə bölgədə, o cümlədən Bəndər-Abbas şəhərindəki obyektlərin məhv edilməsi üçün yüksək dəqiqlikli sursatlardan istifadə edilib.