16 İyul 2026 / 10:02

Şəmkirdə 11 nəfər zəhərləndi- SƏBƏB VƏ SİYAHI

Şəmkir rayonunda kütləvi zəhərlənmə faktı qeydə alınıb. Tezadlar.az TƏBİB-ə istinadla xəbər verir ki, 11 nəfər restoranlardan birində qida qəbul etdikdən sonra zəhərlənmə diaqnozu ilə rayon mərkəzi xəstəxanasına yeləşdirilib. Bunlar Mədinə İsmayılova (1995), Sevil Cəlilova (1994), Gülbəniz Cəlilova (1973), Leyla Qurbanova (2007), Rüfət Qurbanov (1999), Türə Daşdəmirova (1999), Famil İsgəndərov (1994), Aysu Abbasova (2015), Rüxsarə İsgəndərova (1967), Fatimə İsgəndərova (1999) və onun həmyaşıdı Rasim Şirinovdur. Həmin şəxslərin məclislərdən birində yedikləri salatdan zəhərləndikləri ehtimal olunur. Faktla bağlı araşdırmalara başlanılıb.

Şəmkirdə dəfələrlədir ki, belə hallara rast gəlinir. Mütəxəssislər bu səbəbi araşdırmalı, tədbir görülməli, maarifləndirmə işləri aparılmalıdır.

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!