16 İyul 2026 / 09:28

34 İLDƏN SONRA CƏBRAYILIN ŞÜKÜRBƏYLİ KƏNDİNƏ KÖÇDÜLƏR

Cəbrayıl rayonunun Şükürbəyli kəndinə növbəti köç karvanları yola salınıb. Dövlət Qaçqınkom-dan tezadlar.az-a bildirilib ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məlumat yayıb. Bu mərhələdə kəndə 9 ailə – 52 nəfər köçürülüb. Kəndə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Yurda qayıdışımız əbədi olsun!

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!