Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
16 İyul 2026 / 13:30

Ukraynanın yeni Baş naziri onu təyin etdilər

Nəhayət, Ukrayna Ali Radası Sergey Koretskinin Baş nazir vəzifəsinə təyin edilməsini təsdiqləyib. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla xəbər verir ki, Ali Radanın bugünkü iclasında keçirilən səsvermədə 289 xalq deputatı onun namizədliyini dəstəkləyib. Sergey Koretskinin namizədliyi Ali Radaya Prezident Volodimir Zelenski tərəfindən təqdim olunub.

Qeyd edək ki, Koretski Ukraynanın dövlət enerji şirkəti “Naftoqaz”ın İdarə Heyətinin sədridir. Prezident Zelenski onu qarşıdakı qış mövsümünə hazırlıq, enerji təhlükəsizliyi və iqtisadi idarəetmə sahəsində təcrübəsinə görə Baş nazir postuna ən uyğun namizəd kimi görüb.

Xatırladaq ki, bundan əvvəl parlament keçmiş Baş nazir Yuliya Sviridenkonun istefasını qəbul edib, bununla da Nazirlər Kabineti tam tərkibdə istefaya göndərilib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!