20 İyul 2026 / 07:22

Hindistanda “tarakan” hərəkatının tərəfdarları yürüş keçirib

“Tarakan” hərəkatı adlanan aksiyaya yüzlərlə iştirakçı Hindistan paytaxtının mərkəzində toplaşaraq təhsil nazirinin istefasını tələb ediblər.

Tezadlar.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Polisin Parlamentə yürüş üçün icazə verməkdən imtina etməsinə baxmayaraq, insanlar Yeni Dehlidə toplaşıblar. Etirazçılar təhsil naziri Dharmendra Pradhanın və baş nazir Narendra Modinin istefasını tələb edən şüarlar səsləndiriblər.

Bir gün əvvəl təhlükəsizlik qüvvələri aclıq aksiyasına başlayan fəal Sonam Vanqçuku zorla xəstəxanaya yerləşdiriblər. Agentlik qeyd edir ki, bu, yalnız narazılığı artırıb.

Jurnalistlərin məlumatına görə, “Tarakan Partiyası”nın minlərlə tərəfdarı gecə boyu oturma yerinə gəlib. Ərazidə polis kordonları və hərbiləşdirilmiş bölmələr qurulub.

Hərəkat may ayında tibb məktəblərinə qəbul imtahan sənədlərinin sızdırılması ilə bağlı qalmaqaldan sonra başlayıb. Hadisə iki milyondan çox tələbəyə təsir edib.

ELBAR

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!