20 İyul 2026 / 11:40

Məhkəmə Sabunçu Prokurorluğunun qərarını yenidən ləğv etdi- “Magna Trans” MMC işi təkrar araşdırılacaq!-3-CÜ YAZI

«Təzadlar»ın ötən buraxılışında “Magna Trans” MMC- nin təsisçisi, sahibkar İsmayılov Ağasəf İslam oğluna qarşı törədilmiş qanunsuzluqlarla bağlı sonuncunun şikayəti yayımlanmışdır. Redaksiya «Media haqqında» Qanunun və Prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq aşağıda Bakı şəhər Sabunçu rayon Məhkəməsinin bu iş üzrə 10 iyul 2026-cı il tarixli Qərarını heç bir şərh vermədən, olduğu kimi təqdim edir:

«Azərbaycan Respublikası adından

QƏRAR

BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ

Bakı ş. İş № 6(5-101)-83/2026, 10.07.2026-cı il

Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Qaralov Kənan Dünyamalı oğlunun katibliyi, şikayət vermiş şəxs İsmayılov Ağasəf İslam oğlunun nümayəndəsi, eyni zamanda vəkili “Union” Vəkil Bürosunun vəkili Abbasov Orxan Vilayət oğlunun iştirakları ilə, İsmayılov Ağasəf İslam oğlunun Bakı şəhəri Sabunçu rayon prokurorluğunun müstəntiqi Fuad Babayev tərəfindən qəbul edilmiş “cinayət təqibi üzrə icraatın təzələnməsi, zərərçəkmiş şəxsin cinayət prosesində iştirakına xitam verilməsi və cinayət işi üzrə icraata xitam verilməsi” haqqında 11 iyun 2026-cı il tarixli qərarın ləğv edilməsi və müstəntiq Fuad Babayev barəsində xüsusi qərar çıxarılması barədə məhkəmə nəzarəti qaydasında şikayətinə məhkəmənin binasında, qapalı məhkəmə iclasında baxaraq, Məhkəmə MÜƏYYƏN ETDİ…

(Əvvəli ötən buraxılışda)

https://tezadlar.az/mehkeme-magna-trans-mmc-ile-bagli-sabuncu-prokurorlugunun-qerarini-legv-etdi-elave-arasdirma-baslatdi-2-ci-yazi/

…Lakin Məmmədov Elman Nəriman oğlunun ifadəsinə istintaq orqanı qiymət verib qərarda göstərməmişdir. Xəlilov Ramil Mətləb oğlu ifadəsində kredit ödənişləri ilə bağlı dəfələrlə Elmandan pul aldığını göstərməsinə baxmayarq, Bürhan Həmidovun ifadəsində Elman Məmmədov elə bir etibarlı şəxs olmayıb ki, o qədər böyük məbləğdə pulu etibar etsin deməyinə baxmayaraq, Məmmədov Elman Nəriman oğlu ilə nə Bürhan Həmidovla, nə RamilXəlilov arasında üzləşdirmə istintaq hərəkəti keçirilib, nə də adı çəkilən İlkin Məmmədov və Taleh İmanov dindirilib. Şahid qismində dindirilən Evren Səlim Diyap oğlu ifadəsində göstərmişdir ki, “Star Public Transport” MMC-nin direktoru olmuş, şirkət avtobus ehtiyyat hissələrinin satışı ilə məşğul olmuş, 2014-cü ildə Ağasəf İsmayılovun sifarişi əsasında “Magna Trans” MMC-ə hər birinin dəyəri 9500 avro olan 11 ədəd mühərrik vermiş, borcun bir hissəsini Ağasəf İsmayılov ödəmiş, Ağasəf İsmayılov qalan hissəni ödəmədiyindən Bürhan Həmidova müraciət etmiş, bundan sonra qalan məbləğin yerinə ona 10-TG-926, 10-TG-927,10-TG-928,10-TG-929,10-TG- 930, 10-TG-931, 10-TG-932, 10- TG-933 dövlət qeydiyyat nişanlı “İsuzu Ecobus” markalı avtobuslar verilmiş və həmin avtobusları “Magna Trans” MMC-nin admdan satmışdır.

Evren Səlimə verilmiş şirkətə məxsus 8 ədəd avtobusun dəyəri, verilmə səbəbi qeyri- müəyyən qalmaqdadır. Şahid ifadələrində adı çəkilən Taleh İmanov adlı şəxsin şəxsiyyəti müəyyənləşdirilməmiş, dəfələrlə “Magna Trans” MMC-ə özbaşına rəhbərlik etməsinə dair məlumatlara baxmayaraq, həmin şəxs istintaq orqanına çağırılmamış, “Magna Trans” və “Transkontrol” MMC ilə rəsmi və qeyri-rəsmi əlaqəsinə aydınlıq gətirilməmişdir. Müəssisənin digər təsisçisi olan Hacıyev Namiq Gülosman oğlunun, Məmmədova Məleykə Həsən qızının, Məmmədov İlkin Ramiz oğlunun da ifadələri alınmamışdır. Sabunçu Rayon Məhkəməsinin 03.11.2022- ci il tarixli, 6(008)-47/2022 saylı və 09.12.2025-ci il tarixli, 6(008)-121/2025 saylı qərarları ilə müstəntiq Tural Mürsəlovun cinayət işi üzrə Ağasəf İsmayılovun şahidlər – Həmidov Bürhan Əhməd oğlu ilə, Hacıyev Namiq Gülosman oğlu ilə, Xəlilov Ramil Mətləb oğlu ilə, Həmidov Rövşən Bühan oğlu ilə üzləşdirmə istintaq hərəkətinin aparılmamasından ibarət hərəkətsizliyi qanunsuz hesab edilmişdir. Ramil Xəlilovun müraciəti əsasında “Müstəqil Ekspertiza Mərkəzi” MMC-nin mütəxəssisləri Hüseynov Şükür Rzağa oğlu və Şirinov Yasin Rza oğlu və sərbəst auditor Musayev Adigözəl Maqsud oğlu tərəfindən “Magna Trans” MMC-də 2010-2019-cu illər ərzində gəlir və xərcinin, bölüşdürülməmiş mənfəətin və elan edilmiş dividendin müəyyən edilməsi ilə bağlı rəylər verilib. Lakin həmin rəylər iş materiallarında olmayan, kifayət qədər şübhəli və şahid və təqsirləndirilən şəxsin ifadələri ilə təsdiqini tapmayan, xəyalı rəqəmlərə əsaslanmışdır.

Cinayət prosessual qanunvericiliyə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və biri digərinə kifayət qədər uyğun gəlməlidir. Halbuki, rəylərdə istinad olunan rəqəmləri təsdiq edən bir dənə də olsun sübut yoxdur. Buna baxmayaraq, həmin şəxslərin ifadələrinin alınması ilə bağlı vəsatətlərimizə baxılmamışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi Rəvan Haqverdiyevin 232980085 nömrəli cinayət işi üzrə 13.04.2023-cü il tarixli “cinayət işi üzrə icraata xitam verilməsi” barədə qərarı məcburi qüvvəyə malikdir. Həmin qərar ilə “Magna Trans” MMC-nin faktiki rəhbəri Xəlilov Ramil Mətləb oğlunun xeyli miqdarda işsizlikdən sığorta, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma faktına dair AR CM-nin 213.1-ci maddəsi ilə istintaq olunan cinayət işi üzrə icraata, bu əməli ilk dəfə törətdiyindən və cinayət nəticəsində vurulmuş ziyan tamamilə ödənildiyindən AR CPM-nin 40.4-cü maddəsinə, Ağayev Mirzahid Mirsahib oğlunun barəsində cinayət təqibinə isə AR CPM-nin 39.1.2-ci maddəsinə əsasən xitam verilmişdir.

Həmin cinayət işi üzrə Xəlilov Ramil Mətləb oğlu ifadəsində bildirmişdir ki, direktor müavini olsa da 2012-ci ildən müəssisəni bütün idarəetməsi ilə özü məşğul olub. Cəmiyyətə faktiki rəhbərliyi özü edib. Şirkətin möhürü özündə olub, (qərar əlavə edilir) Məhz bu baxımdan, AR CM-nin 213.1-ci maddəsi ilə istintaq olunan cinayət işi üzrə icraata, Ramil Xəlilov barəsində bu əməli ilk dəfə törətdiyindən və cinayət nəticəsində vurulmuş ziyan tamamilə ödənildiyindən AR CPM-nin 40.4-cü maddəsinə əsasən xitam verilmişdir. Sual yaranır ki, şirkətin bütün idarəetməsi ilə özünün məşğul olduğunu göstərən şəxsi təqsirləndirilən şəxs vəziyyətindən çıxarmaqda müstəntiqin hansı marağı var?! “Bakı Nəqliyyat Agentliyi”nin 02.06.2022-ci il tarixli məktubuna əsasən müəyyən edilmişdir ki, “Magna Trans” MMC və “Transkontrol” MMC müraciətləri nəzərə alınmaqla, Agentliyin 25.05.2021-ci il tarixli Sərəncamı ilə “Magna Trans” MMC-nin balansında olmuş 113, 208, 209, M1 nömrəli marşrutlar üzrə sərnişindaşıma fəaliyyəti dayandırılmış və müvəqqəti olaraq “Transkontrol” MMC-ə həvalə edilmişdir. İstintaq orqanı tərəfindən “Magna Trans” MMC-ə ayrılmış marştrut xəttinin hansı əsasla “Transkontrol” MMC-ə keçməsi araşdırılmalı, marşrut xətlərinin digər MMC-ə keçmə əsaslarına dair sənədlər müvafiq orqandan alınaraq yoxlanılmalıdır. 210050957 nömrəli cinayət işi üzrə “Magna Trans” MMC-nin direktor müavini Xəlilov Ramil Mətləb oğlu təqsirləndirilən şəxs qismində cəlb edildiyi halda, Ağayev Mirzahid Mirsahib oğlunun “Magna Trans” MMC-nin direktoru vəzifəsindən azad olunması ilə bağlı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2278/2021 saylı, 03.06.2021-ci il tarixli qətnaməsinin icrası məsələsinin müzakirə edilməsi üçün 24 iyun 2022-ci ildə Bakı şəhəri, Həsənoğlu prospekti 15 A ünvanında (Nərimanov Rayon İcra Şöbəsinin icra məmurunun iştirakı ilə) keçirilmiş “Magna Trans” MMC-nin təsisçilərinin növbədənkənar ümumi yığıncağında Hacıyev Namiq Gülosman oğlu Xəlilov Ramil Mətləb oğlunun direktor təyin edilməsini təklif etmiş, Həmidov Bürhan Əhməd oğlu isə həmin təklifin lehinə səs vermişdir. Bu hal onu sübut edir ki, “Magna Trans” MMC-nin direktoru Ağayev Mirzahid Mirsahib oğlu və direktor müavini Xəlilov Ramil Mətləb oğlu Bürhan Həmidov və ‘ ‘amiq Hacıyevin göstərişi ilə müəssisənin əmlakları barədə sərəncam verib və onların göstərişini yerinə yetiriblər.

Bu halla bağlı istintaqa sübutlar təqdim etsək də baxılmamış qalmışdır. Gündəlik toplanan və avtobusların satışından əldə olunmuş “Magna Trans” A ‘MC-ə məxsus külli miqdarda vəsaitlərin bank hesabina daxil olmadan kimlər tərəfindən vc hansı formada mənimsənilməsi mülki icraat qaydasında deyil, məhz cinayət icraatı qaydrsında araşdırılmalı hallardır. Hazırki halda, MMC-nin əmlakının talanmasmda maddi ziyan məruz qalan şəxslər təsisçilər (payçılar) ola bilər.

İsmayılov Ağasəf İslam oğlu “Magna Trans” MMC-nin təsisçisi olduğundan MMC-nin əmlakının talanmasmda da maddi ziyan məruz qalan şəxs olması təkzibolunmaz faktdır. AR Cinayət-Prosessual Məcəlləsinin 87.1-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində fiziki şəxsə birbaşa mənəvi, fiziki və ya maddi ziyan vurulmasına kifayət qədər əsaslar olduqda o, zərər çəkmiş şəxs qismində tanmır. Təsisçilər arasında mülki və kommersiya mübahisələrinin olması zərərçəkmiş şəxsin cinayət prosesində iştirakına xitam verilməsi üçün əsas ola bilməz. AR Cinayət-Prosessual Məcəlləsinin 87.5-ci maddəsinə əsasən, zərər çəkmiş şəxs qismində tanındıqdan sonra şəxsin zərər çəkmiş şəxs qismində qalmasına əsaslar olmadığı müəyyən edilərsə, təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə əsaslandırılmış qərarı ilə həmin şəxsin cinayət prosesində zərər çəkmiş şəxs qismində iştirakına xitam verir. Lakin İsmayılov Ağasəf İslam oğlunun zərərçəkmiş şəxs qismində tanınması üçün əsasların aradan qalxması hazırki qərarda göstərilmir.

“Magna Trans” MMC-ə ayrılmış 113, 208, 209, 213 (avtobuslarla birlikdə) r ‘mrəli marştrut xəttinin oğlu Rövşən Həmidovun təsisçisi olduğu “Transkontrol” MMC-ə (1401060141) keçdiyi halda; 2019-cu ildə Ağasəf İsmayılovun poçt vasil əsil a məktub göndərməklə və whatsapp mesajları ilə “Magna Trans” MMC-nin əmlaklarının talanması, avtobusların yoxa çıxması ilə bağlı məlumat verdiyi halda;Məmmədov Elman Nəriman oğlu 2011-ci ildən hər gün 7000,0-10000,0 manat aralığında, 2015-ci ildən ay ərzində 150 min manat civarında pulu qarajdan götürüb gah Çapayevdəki (Təhsil Nazirliyinin yanı) gah da Mərdəkandakı Dəniz yolu deyilən ərazidə yerləşən evinə aparıb təhvil verməsi ilə kağiı ifadə verdiyi halda; “Magna Trans” MMC-nin direktor müavini Xəlilov Ramil Mətləb oğlu Tırhan Həmidovun şirkəti qeyri-rəsmi olaraq işlətməsi üçün Ramizə verdiyini, öldükdə’ sonra Talehlə razılaşdığını, toplanan pulların dispetçerlərin nağd qaydada Talehə verildiyini göstərdiyi halda Ağasəf İsmayılovun Həmidov Bürhan Əhməd oğlu və dimərləri ilə üzləşdirmə istintaq hərəkətlərinin aparılmaması cinayət prosesini həyata keçirə e -qanın qərəzli olmağından şübhələnməyə əsas verir.

Beləliklə, istintaq orqanı tərəfindən iş üçün əhəmiyyətli sübutların əldə edilməməsi və yoxlanılmaması, istintaq və ya digər prosessual hərəkətləri vaxtında aparılmaması, açıq-aşkar ifadədəki boşluqlar əlavə suallar verilməklə doldurulmaması, ifadələrdə əhəmiyyətli dərəcədə ziddiyyətli məqamlar olmasına baxmayaraq üzləşdirmə istintaq hərəkətinin aparılmaması və cinayət işi üzrə mühüm əhəmiyyət kəsb edən digər hallara səthi yanaşılması, şahidlərin istintaqa cəlb edilərək ifadələrinin alınmaması, nəticə olaraq, cinayət məsuliyyətinə cəlb edilməli şəxslərin dairəsinin müəyyən edilməsinin qarşısını alan onlarla pozuntu faktları var. Müəssisənin bank hesabmdakı vəsaitlər mənimsənilməsi, onlarla nəqliyyat vasitələrinin təsisçinin xəbəri olmadan satılması, gündəlik toplanan pulların müəssisənin bank hesablarına köçürülmədən nağd qaydada talanmasını təsdiq edən kifayət qədər sübutlar olsa da tərəfimizdən verilmiş ərizə və vəsatətlərə formal cavab məktubları yazılmaqla istintaq araşdırma aparılmaqdan yayınmışdır. İstintaq orqanı 21 ədəd avtobusun alqı-satqı müqaviləsi üzrə başqa fiziki və hüquqi şəxslərin balansına keçdiyi halda, əldə olunmuş vəsaitin MMC-nin hesabma köçürülməməsi faktı araşdırılmamış, 8 ədəd “İsuzi” markalı avtobusun qeyri-rəsmi Səlim adlı şəxsə verilməsinin səbəbləri müəyyən edilməmiş, əlavə olaraq 34 ədəd avtobusun oğurlanması və gündəlik toplanan pulların müəssisənin bank hesablarına köçürülmədən nağd qaydada talanması faktları yoxlanılmamış, marşrut xətlərinin digər MMC-ə keçirilməsi barədə göstərişlərin kimlər tərəfindən verilməsi müəyyən edilməmiş, şahid ifadələrindəki ziddiyyət və natamamlıqları, mülki işlərdəki faktlarm hazırkı cinayət işi üzrə sübutetmə predmetinə aid olmamasının düzgün qiymətləndirilməmişdir.

İstintaq orqanı tərəfindən iş üçün əhəmiyyətli sübutların əldə edilməməsi və yoxlanılmaması, açıq-aşkar ifadədəki boşluqlar əlavə suallar verilməklə doldurulmaması, ifadələrdə əhəmiyyətli dərəcədə ziddiyyətli məqamlar olmasma baxmayaraq üzləşdirmə istintaq hərəkətinin aparılmaması və cinayət işi üzrə mühüm əhəmiyyət kəsb edən digər hallara səthi yanaşılması, şahidlərin istintaqa cəlb edilərək ifadələrinin alınmamasına baxmayaraq, cinayət işi üzrə icraata yenidən xitam verilmişdir. Göstərilənlərə əsasən 210050957 nömrəli cinayət işi üzrə Sabunçu Rayon Prokurorluğunun müstəntiqi Fuad Babayevin “Cinayət təqibi üzrə icraatın təzələnməsi, zərərçəkmiş şəxsin cinayət prosesində iştirakına xitam verilməsi və cinayət işi üzrə icraata xitam verilməsi” haqqında 11.06.2026-cı il tarixli qərarının ləğv edilməsi və AR Cinayət Prosessual Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol verdiyindən müstəntiq Fuad Babayev barəsində xüsusi qərar çıxarılması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında İsmayılov Ağasəf İslam oğlunun nümayəndəsi, eyni zamanda vəkili “Union” Vəkil Bürosunun vəkili Abbasov Orxan Vilayət oğlu şikayətin məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu rayon prokurorluğunun müstəntiqi Fuad Babayevə müvafiq məhkəmə bildirişinin göndərilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir.

Məhkəmə Azərbaycan Respublikası CPM-nin 450.3-cü maddəsinə əsasən, şikayətin baxılması müddəti və yeri haqqında vaxtında məlumatlandırılmış gəlməyən qərarından şikayət verilmiş müstəntiqin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin izahatını dinləyib, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri, cinayət işi üzrə materialları araşdırıb hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət təqibi üzrə icraatın təzələnməsi, zərərçəkmiş şəxsin cinayət prosesində iştirakına xitam verilməsi və cinayət işi üzrə icraata xitam verilməsi” haqqında 11 iyun 2026- cı il tarixli qərardan görünür ki, 210050957 nömrəli cinayət işi üzrə icraat təzələnmiş, 210050957 nömrəli cinayət işi üzrə İsmayılov Ağasəf İslam oğlunun cinayət prosesində zərərçəkmiş şəxs qismində iştirakına xitam verilmiş, Sabunçu rayon prokurorluğunda ibtidai istintaqı aparılmış 210050957 nömrəli cinayət işi üzə icraata cinayət hadisəsi olmadığından AR CPM-nin 39.1.1-ci maddəsinə əsasən xitam verilmiş, İsmayılov Ağasəf İslam oğluna mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəməsinə müraciət etmək hüququ izah edilmişdir.

 Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 09.12.2025-ci il tarixli, 6(008)-121/2025 saylı qərarından görünür ki, İsmayılov Ağasəf İslam oğlu tərəfindən məhkəmə nəzarəti qaydasında verilmiş şikayət təmin edilmiş, Bakı şəhəri Sabunçu rayon prokurorluğunun müstəntiqi Fuad Babayevin 210050957 nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs İsmayılov Ağasəf İslam oğlu və Məmmədov Elman Nəriman oğlunun şahidlər Həmidov Bürhan Əhməd oğlu ilə üzləşdirmə istintaq hərəkətinin aparılmamasından və məhkəmələrin müvafiq qərarlarında göstərilən göstərişlərin icrasız saxlanılmasından ibarət hərəkətsizliyi qanunsuz hesab edilmişdir.

Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 06.04.2026-cı il tarixli, 6(008)-31/2026 saylı qərarından görünür ki, İsmayılov Ağasəf İslam oğlunun vəkili (nümayəndəsi) Abbasov Orxan Vilayət oğlu tərəfindən məhkəmə nəzarəti qaydasında verilmiş şikayət qismən təmin edilmiş, Bakı şəhəri Sabunçu rayon prokurorluğunun müstəntiqi Fuad Babayevin “zərərçəkmiş şəxsin cinayət prosesində iştirakına xitam verilməsi və cinayət işi üzrə icraata xitam verilməsi” haqqında 02 mart 2026-cı il tarixli qərarı qanunsuz və əsassız olduğu üçün ləğv edilmiş, İsmayılov Ağasəf İslam oğlunun şikayətində göstərdiyi və hazırkı qərarın təsviri əsaslandırıcı hissəsində göstərilən xüsusatlarla bağlı əlavə araşdırma aparılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 17.04.2026-cı il tarixli, 6(3-6)-200/2026 saylı qərarından görünür ki, Bakı şəhəri Sabunçu rayon prokuroru, III dərəcəli dövlət ədliyyə müşaviri Murad Dadaşov tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 06.04.2026-cı il tarixli, 6(008)-31/2026 saylı qərarı verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə baxışında tədqiq olunmuş materiallardan müəyyən edilmişdir ki, Bakı şəhəri Sabunçu rayon prokurorluğunun müstəntiqi Fuad Babayev tərəfindən bir neçə dəfə eyni məzmunlu qərarlar qəbul edilsə də məhkəmə nəzarəti qaydasında və yuxarı prokuror tərəfindən həmin qərarlar ləğv edilmişdir.

n

Cinayət işi üzrə tam, hərtərəfli və obyektiv istintaq hərəkətlərinin həyata keçirilməsi üçün məhkəmə və yuxarı prokuror tərəfindən göstərilmiş xüsusatlar araşdırılmadan müstəntiq tərəfindən hərəkətsizliyə yol verilmiş, göstərişlər tam icra olunmamış, təkrar eyni əsasla qərar qəbul edilmişdir. AR CPM-nin tələbinə əsasən, həm şəxsin cinayət prosesinin iştirakçısı qismində tanınması, həm də bu qisimdə onların cinayət prosesində iştirakına xitam verilməsi halında müstəntiq qərarını əsaslandırmalıdır. Lakin cinayət işi üzrə İsmayılov Ağasəf İslam oğlunun zərərçəkmiş şəxs qismində tanınması üçün əsasların hansı hallara görə aradan qalxması və cinayət prosesində zərərçəkmiş şəxs qismində iştirakına xitam verilməsinin əsası göstərilməmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 09.12.2025-ci il tarixli, 6(008)-121/2025 saylı qərarı ilə müstəntiqin zərərçəkmiş şəxs İsmayılov Ağasəf İslam oğlu və Məmmədov Elman Nəriman oğlunun şahidlər Həmidov Bürhan Əhməd oğlu ilə üzləşdirmə istintaq hərəkətinin aparılmamasından və məhkəmələrin müvafiq qərarlarında göstərilən göstərişlərin icrasız saxlanılmasından ibarət hərəkətsizliyi qanunsuz hesab edilmişdir. Buna baxmayaraq müstəntiq tərəfindən qeyd edilən şəxslər arasında üzləşdirmə istintaq hərəkəti həyata keçirilməmişdir. Həmçinin Elman Məmmədov ifadəsində müxtəlif şəxslərdən-Ramil Xəlilovdan, İlqar Çərkəzovdan, İlkin Məmmədovdan, Anar Məmmədovdan, Taleh İmanovdan pul vəsaitini götürüb Bürhan Həmidova çatdırmasını bildirməsinə baxmayaraq həmin şəxslərin ifadələri alınmamışdır. Həmçinin müəssisənin direktoru Mirzahid Ağayev heç kimə etibarnamə vermədiyini bildirdiyi halda avtobusların Ramil Xəlilov tərəfindən necə özgəninkiləşdirilməsi aydınlaşdırılmamışdır. Həmçinin Bakı Apellyasiya Məhkəməsi qərarında birinci instansiya məhkəməsinin qərarlarındakı göstərişlərin icra olunmadığını qeyd etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur; 125-ci maddəsinin VII-ci hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 8.0.3-cü maddəsinə əsasən cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq, həmin Məcəllənin 8.0.4-cü maddəsinə əsasən cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək cinayət mühakimə icraatının vəzifəsidir; 85.2.1-ci maddəsinə əsasən törədilmiş və ya hazırlanan cinayətlərə dair daxil olmuş ərizə və digər məlumatlara baxmaq, kifayət qədər səbəblər və əsaslar olduqda cinayət işi başlamaq, işi öz icraatına götürmək, cinayətin açılması, işin hərtərəfli, tam və obyektiv araşdırılması üçün zəruri tədbirlər görmək, səlahiyyəti daxilində bütün istintaq və ya digər prosessual hərəkətləri həyata keçirmək müstəntiqin vəzifəsidir. 449.3.5-ci maddəsinə əsasən, cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi ilə bağlı məhkəməyə şikayət verilə bilər. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respkublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarının 6-cı bəndinə əsasən ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələr nəzərə almalıdırlar ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən «hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir».

122.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərdən və ya qərarlarından cinayət prosesinin iştirakçıları, habelə bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada cinayət prosesində iştirak edən digər şəxslər tərəfindən şikayət verilə bilər; 449.3-cü maddəsinə əsasən bu Məcəllənin 449.2-ci maddəsində göstərilən şəxslər cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət vermək hüququna malikdirlər; 451.1.2-ci maddəsinin tələblərinə görə, cinayət prosesini həyata keçirən orqanın prosessual qərarlarının qanuniliyinin yoxlanılmasının nəticələrinə dair hakim barəsində şikayət verilmiş hərəkətin və ya qərarın qanunsuz hesab edilməsi və bu qərarın ləğv edilməsi barədə qərar qəbul edə bilər. Azərbaycan Respublikası CPM-nin 451.3-cü maddəsinə əsasən şikayət edilmiş hərəkət və ya qərar qanunsuz hesab edildikdə, hakimin qərarına əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror və ya yuxarı prokuror şikayət vermiş şəxsin hüquq və azadlıqlarının yol verilmiş pozuntularına son qoyulması, pozulmuş hüquq və azadlıqların bərpa edilməsi üçün təxirəsalınmaz zəruri tədbirlər görür, şəxsin hüquq və azadlıqlarının pozulmasına yol vermiş vəzifəli şəxsə qarşı tabeçilik qaydasında yuxarı orqanın rəhbəri təqsirli şəxsin məsuliyyəti barədə məsələni Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada həll edir və şikayət vermiş şəxsə vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ izah edilir.

r

Qeyd olunanlardan başqa göründüyü kimi, şikayət edilmiş hərəkət və ya qərar qanunsuz hesab edildikdə, cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkət və ya qərarlarından verilmiş şikayətlərə məhkəmə nəzarəti qaydasında baxan məhkəmə tərəfindən deyil, hakimin qərarına əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror və ya yuxarı prokuror tərəfindən təqsirli şəxsin barəsində müvafiq tədbirlərin görülməsi nəzərdə tutulmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, şikayət Sabunçu rayon prokurorluğunun müstəntiqi Fuad Babayev barəsində xüsusi qərar çıxarılmasına dair hissədə təmin edilməməlidir. Beləliklə, məhkəmə hesab edir ki, məhkəmə nəzarəti qaydasında şikayət qismən təmin edilməli, Bakı şəhəri Sabunçu rayon prokurorluğunun müstəntiqi Fuad Babayev tərəfindən qəbul edilmiş “cinayət təqibi üzrə icraatın təzələnməsi, zərərçəkmiş şəxsin cinayət prosesində iştirakına xitam verilməsi və cinayət işi üzrə icraata xitam verilməsi” haqqında 11 iyun 2026-cı il tarixli qərar ləğv edilməli, toplanmış materiallar əlavə araşdırma aparılması üçün Bakı şəhəri Sabunçu rayon Prokurorluğuna göndərilməli, İsmayılov Ağasəf İslam oğlunun şikayətində göstərdiyi və hazırkı qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən xüsusatlarla bağlı əlavə araşdırma aparılmalı, şikayət digər hissədə təmin edilməməlidir.

Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 449-452-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDI:

-İsmayılov Ağasəf İslam oğlu tərəfindən məhkəmə nəzarəti qaydasında verilmiş şikayət qismən təmin edilsin.

-Bakı şəhəri Sabunçu rayon prokurorluğunun müstəntiqi Fuad Babayev tərəfindən qəbul edilmiş “cinayət təqibi üzrə icraatın təzələnməsi, zərərçəkmiş şəxsin cinayət prosesində iştirakına xitam verilməsi və cinayət işi üzrə icraata xitam verilməsi” haqqında 11 iyun 2026- cı il tarixli qərar qanunsuz və əsassız olduğu üçün ləğv edilsin.

– İsmayılov Ağasəf İslam oğlunun şikayətində göstərdiyi və hazırkı qərarın təsviriəsaslandırıcı hissəsində göstərilən xüsusatlarla bağlı əlavə araşdırma aparılsın.

-Şikayət qalan hissədə təmin edilməsin. Qərarın surəti şikayətçiyə, müstəntiqə və yuxarıda qeyd olunan göstərişlərin icra olunmasına nəzarəti həyata keçirmək üçün ibtidai istintaq üzərində prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Sabunçu Rayon Prokuroruna göndərilsin. Qərar elan olunduqdan sonra 3 (üç) gün müddətində bilavasitə Bakı Apellyasiya Məhkəməsinə və ya Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin vasitəsi ilə şikayət və ya protest verilə bilər.

Sədrlik edən: Samirə Məmmədli».

REDAKSİYADAN: BELƏ BAŞA DÜŞMƏK OLAR Kİ, SABUNÇU RAYON PROKURORLUĞU(PROKUROR MURAD DADAŞOV) BAŞ PROKURORLUĞA MƏSƏLƏ İLƏ BAĞLI DÜZGÜN MƏLUMAT VERMİR VƏ MƏHKƏMƏ PROKURORLUĞUN QƏRARINI DƏFƏLƏRLƏDİR LƏĞV EDİR. PROKURORLUQ İSƏ İNADINDAN ƏL ÇƏKMİR VƏ YENİDƏN PROTEST VERİR VƏ S. HANSI Kİ, MƏHKƏMƏNİN GƏLDİYİ NƏTİCƏ VƏ QƏRARIN TƏFSİR HİSSƏSİNDƏN AYDIN GÖRÜNÜR Kİ, BU İŞDƏ MÜƏMMALI MARAQLAR TOQQUŞUR. ORTADA İSƏ SAHİBKAR VƏ ZƏRƏRÇƏKMİŞ a.iSMAYILOVUN HAQQI POZULUR, PROKURORLUĞA İSƏ İNAM İTİR…  

“Təzadlar”ın Araşdırma Qrupu

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!