Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
17 İyul 2026 / 10:55

Məhkəmə “Magna Trans” MMC ilə bağlı Sabunçu Prokurorluğunun qərarını ləğv etdi, əlavə araşdırma başlatdı- 2-Cİ YAZI

«Təzadlar»ın ötən buraxılışında “Magna Trans” MMC- nin təsisçisi, sahibkar İsmayılov Ağasəf İslam oğluna qarşı törədilmiş qanunsuzluqlarla bağlı sonuncunun şikayəti yayımlanmışdır.

Redaksiya «Media haqqında» Qanunun və Prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq aşağıda Bakı şəhər Sabunçu rayon Məhkəməsinin bu iş üzrə 10 iyul 2026-cı il tarixli Qərarını heç bir şərh vermədən, olduğu kimi təqdim edir:

«Azərbaycan Respublikası adından

QƏRAR

BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ

Bakı ş. İş № 6(5-101)-83/2026, 10.07.2026-cı il

Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Qaralov Kənan Dünyamalı oğlunun katibliyi, şikayət vermiş şəxs İsmayılov Ağasəf İslam oğlunun nümayəndəsi, eyni zamanda vəkili “Union” Vəkil Bürosunun vəkili Abbasov Orxan Vilayət oğlunun iştirakları ilə, İsmayılov Ağasəf İslam oğlunun Bakı şəhəri Sabunçu rayon prokurorluğunun müstəntiqi Fuad Babayev tərəfindən qəbul edilmiş “cinayət təqibi üzrə icraatın təzələnməsi, zərərçəkmiş şəxsin cinayət prosesində iştirakına xitam verilməsi və cinayət işi üzrə icraata xitam verilməsi” haqqında 11 iyun 2026-cı il tarixli qərarın ləğv edilməsi və müstəntiq Fuad Babayev barəsində xüsusi qərar çıxarılması barədə məhkəmə nəzarəti qaydasında şikayətinə məhkəmənin binasında, qapalı məhkəmə iclasında baxaraq, Məhkəmə MÜƏYYƏN ETDİ…

(Əvvəli ötən buraxılışda)

https://tezadlar.az/mehkeme-prokurorlugun-magna-trans-mmc-ile-bagli-qerarini-legv-ederek-elave-arasdirma-teleb-etdi/

“…Məhkəmə aktlarından da göründüyü kimi, qeyd olunan bu faktlar mülki(kommersiya) işi üzrə sübutetmə predmetinə aid deyil. Sual yaranır ki, müstəntiq həmin mülki və kommersiya işləri üzrə məhkəmələr tərəfindən hazırki cinayət işinin araşdırma predmeti ilə ilə üst-üstə düşəcək hansı faktların müəyyən edildiyi, mübahisələndirilən və “müəyyənləşdirilən” hansı halların bir daha sübuta yetirilməsi zərurətinin aradan qalxdığı qənaətinə gəlmişdir?! Mənimsəmə təqsirkar şəxsin ona tapşırılmış, güvənilmiş əmlakı üzərində qanunsuz sahibliyi müəyyən etmək yolu ilə və ya digər şəxslərin mülkiyyətinə keçirməsi, israf etmə isə, təqsirkara müəyyən səlahiyyətləri həyata keçirmək üçün etibar edilmiş əmlakın sərf edilməsi, satılması, müxtəlif formalarda özgəninkiləşdirilməsi nəzərdə tutulur.

 Xəlilov Ramil Mətləb oğlu ifadəsində direktor müavini vəzifəsində işlədiyini, müəssisəni qeyri rəsmi Ramiz Məmmədovun, daha sonra Talehin idarə etdiyini, təsisçi Bürhan Həmidovun Ramizin bütün göstərişinə tabe olmağı tapşırdığını, direktor Mirzahid Ağayevin verdiyi etibarnamə ilə şirkətə məxsus avtobusları satmasını, avtobusları Bürhan Həmidovun göstərişinə əsasən satmasını, alman mühərriklərə görə Səlim adlı türk vətəndaşına olan borcun əvəzinə 8 ədəd “İsuzi” markalı avtobusun qeyri-rəsmi ona verilməsini, alqı-satqı kimi pərdələndiyini, 7 ədəd “daewoo” markalı avtobusu Ramizin göstərişi ilə onun qardaşı oğlu Anara satdığını və Bürhan Həmidovun bundan xəbəri olduğunu, Ramizin özbaşına hərəkət etmədiyini, avtobuslar alınanda da Bürhan Həmidova məlumat verilməsini, müəssisənin mülkiyyətinin təsisçilərin razılığı olmadan satıldığını “Transkontrol” MMC-nin direktoru olduğunu, Bürhan Həmidovun oğlu Rövşənin 2018-ci ilə kimi oranın təsiçisi və direktoru olduğunu, daha sonra payını Ramizin arvadına satdığını, bəzi dönəmlərlə hesabatı Bürhan Həmidova verdiyini, Ağasəf İsmayılovun ona sonuncu dəfə 2013-cü ildə göstəriş verdiyini, əmək haqqını əlbəəl Ramizdən, sonuncu öldükdən sonra oğlu İlkindən aldığını, idarəçiliyi İlkinin həyata keçirdiyini, kredit ödənişləri ilə bağlı dəfələrlə Elmandan pul aldığım göstərmişdir. Ramil Xəlilov etiraf etmişdir ki, Ramizin qeyri-rəsmi işləməsinə və onun bütün göstərişlərinə tabe olmağı məhz Bürhan Həmidov tapşırmışdır.

Avtobuslar müəssisənin təsisçisi Bürhan Həmidov və qeyri-rəsmi diektorlar Ramiz və Taleh adlı şəxslərin göstərişi ilə satılmışdır. Səlimə satılan avtobusları təsisçisi Bürhan Həmidov və direktor Mirzahid Ağayevin göstərişi ilə satmışdır. Göstərişi ona Ramiz Məmmədov vermişdir. Ramiz də təsisçi Bürhan qarşısında cavabdeh olmuşdur. Ramil Xəlilovun əlavə ifadəsi alınarkən də o, Ramiz Məmmədovun Bürhan Həmidov qarşısında cavabdeh olduğunu, sonuncudan xəbərsiz iş görmədiyini bildirmiş, ona görə də dolayısı ilə düşünmüşdür ki, hər halda Bürhan Həmidovun da həmin alqı-satqıdan xəbəri olmuşdur. Həmin avtobusların alqı-satqısı barədə tapşırığı birbaşa olaraq Ramiz Məmmədovdan almış, Bürhan Həmidov nəqliyyat vasitələrinin satılması ilə bağlı ona hər hansı rəsmi və qeyri-rəsmi göstəriş verməmişdir. O, Məmmədov Elman Nəriman oğluna pul vermədiyini, əksinə ondan banka olan kredit ödənişləri üçün dəfələrlə pul aldığını göstərmişdir. Bu da onu təsdiq edir ki, Elman Məmmədovun ifadəsindəki “pulların ona verilməsi və onun da Bürhan Həmidova çatdınması ilə ilə bağlı” xüsusatlar təsdiqini tapır. Ramil Xəlilov Ağasəf İsmayılovla üzləşmə zamanı Vergi Cinayətlərinin ibtidai Araşdırılması Baş İdarəsində aparılan cinayət işinin istintaqı zamanı 2023-cü ilin aprel ayında dövlət büdcəsindən yayındırılmış 57.531,51 manatı borc alaraq ödədiyini, həmin pulu Bürhan Həmidovdan aldığını sadəcə söhbət əsnasında dediyini göstərmişdir. Belə ki, üzləşdirmə istintaq hərəkəti zamanı Xəlilov Ramil Mətləb oğlu bildirmişdir ki, Vergi cinayətlərin ibtidai araşdırılması Baş İdarəsində 2023-cü ilin aprel ayında dövlət büdcəsindən yayındırılmış və sonradan tərəfindən ödənilmiş 57.531,52 manat pul vəsaitini tanışından borc olaraq almışdır. O, sadəcə olaraq söhbət əsnasında misal çəkərək göstərmişdir ki, “həmin pul vəsaitini atamdan və ya Bürhan Həmidovdan almışam, bunun nə fərqi var ki, əsas odu pul ödənilibdir”. “Magna Trans” MMC-nin avtobuslarını yoxa çıxması, MMC-ə ayrılmış 113, 208, 209, 213 (avtobuslarla birlikdə) nömrəli marştrut xəttinin “Transkontrol” MMC-ə (1401060141) keçməsi barədə BNA-ə müraciət edilməsi, təsisçinin xəbəri olmadan müəssisəyə məxsus nəqliyyat vasitələrini alqı-satqısı barədə müqavilələrin imzalanması, Ramil Xəlilovun direktor müavini olduğu “Magna Trans” MMC ilə direktoru olduğu “Transkontrol” MMC arasında qarşılıqlı əməliyyatlar aparması, Bürhan Həmidovun təsisçisi olduğu şirkətin mallarından xəbəri olmamasım bildirdiyi halda, avtobusların oğlu Rövşən Həmidovun təsisçisi olduğu “Transkontrol” MMC-ə keçməsi ilə bağlı faktlar cinayət qaydasında araşdırılması hallardır. “Magna Trans” MMC-nin direktor müavini Xəlilov Ramil Mətləb oğlunun niyə və kimin göstərişi ilə “Magna Trans” MMC-ə ayrılmış 113, 208, 209, 213 (avtobuslarla birlikdə) nömrəli marştrut xəttinin “Transkontrol” MMC-ə (1401060141) keçməsi barədə BNA-ə müraciət etməsi, konkret kimin göstərişi ilə müəssisəyə məxsus nəqliyyat vasitələrini alqısatqısı barədə müqavilələr imzalaması, direktor müavini olduğu “Magna Trans” MMC ilə direktoru olduğu “Transkontrol” MMC arasında qarşılıqlı əməliyyatlar aparılması məqsədin nə olması qeyri- müəyyən qalmışdır.

Xəlilov Ramil Mətləb oğlu Həmidov Bürhan Əhməd oğlunun yalanını ifşa edən daha bir fakt Məmmədov Anar Hüseyn oğlunun “Bürhan Həmidovun Ramiz Məmmədova 33 faiz pay təklif etməsi, hətta paya malik olmaq barədə hansısa sənədi göndərməsi ilə bağlı” ifadəsidir. Ağayev Mirzahid Mirsahib oğlunun ziddiyyətli ifadəsi Şahid Ağayev Mirzahid Mirsahib oğlu ifadəsində direktor vəzifəsinə formal təyin edildiyini göstərsə də müəssisənin idarəçiliyi ilə bağlı davranışlarında bunun əksi ilə qarşılaşırıq. Belə ki, Ağayev Mirzahid Mirsahib oğlunun imzası ilə təsdiqlənən 10.03.2021- ci il tarixli məktubdan görünür ki, o, “Magna Trans” MMC-nin istismarında olan 113, 208, 209 nömrəli marştrut xəttinin “Transkontrol” MMC-ə (1401060141) keçməsinə etiraz etmədiyini göstərir. Bundan başqa, Ağayev Mirzahid Mirsahib oğlu alqı-satqı müqavilələrindəki imzaların ona məxsus olmadığını bildirsə də bununla bağlı arqumentlər də araşdırılmamışdır. Ağayev Mirzahid Mirsahib oğlu ifadəsində göstərmişdir ki, ona təqdim olunmuş avtobusların alqı-satqısına dair müqavilələrə və ərizələrə baxıb bildirmişdir ki, həmin sənədlərdə tərəfindən imzalanmış sənəd yoxdur. Avtobusların və başqa əmlakın alqı-satqısını keçirmək və digər əməliyyatlar aparmaq üçün o, Ramilə etibarnamə verməmişdir.

Xəlilov Ramil Mətləb bildirir ki, direktorun imzası ilə aparılan bəzi əməliyyatları o, Mirzahid Ağayevin etibarnaməsi ilə həyata keçirmişdir. Ağayev Mirzahid Mirsahib oğlu ifadəsində göstərmişdir ki, ona təqdim olunmuş avtobusların alqı-satqısına dair müqavilələrə və ərizələrə baxıb bildirmişdir ki, həmin sənədlərdə tərəfindən imzalanmış sənəd yoxdur. Avtobusların və başqa əmlakm alqı-satqısını keçirmək və digər əməliyyatlar aparmaq üçün o, Ramilə etibarnamə verməmişdir. Həmidov Bürhatı Əhməd oğlunun ziddiyyətli ifadəsi şahid qismində dindirilən Həmidov Bürhan Əhməd oğlu göstərir ki, MMC təsis ediləndə 60 ədəd temza markalı təzə avtobuslar alınmış və 4 marşrut xətti istifadəyə götürülmüşdür. MMC-ə 10 milyona yaxın vəsait qoyulmuş, bunun təminatı olaraq yaxınlarına məxsus 3 evi girov qoymuşdur. Digər avtobuslar onun tərəfindən şəxsi vəsaiti ilə alınaraq müxtəlif illərdə müəssisənin mülkiyyətinə verilmişdir və indiyə qədər də həmin vəsait ona ödənilməmişdir. Lakin şirkətin mənafeyi üçün şikayət edən Ağasəf İsmayılova qarşı çıxması, şirkətin əmlaklarının müəyyən edilməsi, audit aparılması istiqamətində əks mövqedə dayanması Bürhan Həmidovun dediklərini təkzib edir. Ağasəf İsmayılovun “yarıtmaz idarəçiliyi”ni göstərən Bürhan Həmidovdan müəssisənin 3.661.000,0 manat kreditin 37 ay ərzində necə ödəməsi ilə bağlı sual ünvanlanmamışdır. 582.211,0 manat dəyərində 3 mənzilin müqabilində bank tərəfindən 3.661.000,0 manat kredit verilməsi ilə bağlı halın detallarına aydınlıq gətirilməmişdir. Həmidov Bürhan Əhməd oğlu göstərir ki, dövlət müəssisələrində çalışdığı üçün şirkətin fəaliyyətindən 2014-cü ildən xəbərsiz olmuşdur. Ağasəf şirkəti müflisləşmə həddinə çatdırdıqda Ramiz işə cəlb edilmiş. Ramizin nə qədər mənfəət əldə etdiyindən xəbərsiz olmuşdur. Lakin ifadəsində şirkətin fəaliyyəti ilə bağlı ətraflı məlumat verərək aşağıdakıları göstərir: Həmidov Bürhan Əhməd oğlu ifadəsində gah Ramiz adlı şəxsi Ağasəf İsmayılovun gətirdiyini, Ramizin və şirkətin fəaliyyətindən 2014-cü ildən xəbərsiz olduğunu bildirir, gah da 2014-cü ildən şirkətin möhür və asan nömrənin Ramiz Məmmədovun faktiki tabeçiliyində olan şəxslərdə olması ilə bağlı məlumat verir. Daha sonra göstərir ki, Ramil Xəlilovu direktor müavini vəzifəsinə Ramiz təyin edib. Ramiz Mirzahidin asan imzasından istifadə edib. 2019- cu ildə Ramiz vəfat edib, oğlu idarə etməyə başlayıb. Həmidov Bürhan Əhməd oğlu ifadəsində Ramil Xəlilovun avtobusları Anar Məmmədova satdığını, Anar Məmmədovun “Transkontrol” MMC-nin anbardan olduğunu, Ramil Xəlilovun Mirzahid Ağayevdən aldığı etibarnamə əsasında Anar Məmmədova satdığını göstərir. 10 milyon vəsait qoyulan şirkətin 10 il ərzində gəlirinin 85.179 manat təşkil etməsi, 10 il ərizdə hər təsisçiyə 25.553 manat düşməsi ilə bağlı Bürhan Həmidovun göstərdikləri absurddur. Bunun üçün müstəntiq tərəfindən aidiyyəti ekspertizalar təyin olunmalı idi…

rusvet

Həmidov Bürhan Əhməd oğlu “Magna Trans” MMC-nin əmlakının talanmasmdan xəbərsiz olduğunu göstərdiyi halda “Magna Trans” MMC-ə ayrılmış 113, 208, 209, 213 (avtobuslarla birlikdə) nömrəli marştrut xəttinin oğlu Rövşən Həmidovun təsisçisi olduğu “Transkontrol” MMC-ə (1401060141) keçməsi istintaq orqanında şübhə yaratmalı və həmin xüsusatlar yoxlanılmalı idi. Buna baxmayaraq, Bürhan Həmidovun Ramiz Məmmədovla bağlılığım müəyyən etmək üçün istintaq heç bir əməli araşdırma aparıb sübutlar toplamır. Bürhan Həmidov “Ağasəf İsmayılovun səhv idarəçiliyi nəticəsində şirkət zərərlə işləmişdir. Ramiz şirkəti öz bildiyi kimi idarə edərək qaydasına salmışdır” deməklə Ağasəf İsmayılovun şirkətdən uzaqlaşdırıldığını anlamamaq istintaqın qərəzli olmağından başqa bir şey deyil. Sabunçu Rayon Prokurorluğunda və yuxarı prokurorda bu ifadələrin şübhə yaratmaması və həmin xüsusatlar yoxlanılmaması o deməkdir ki, istintaqa hər hansı müdaxilə var. Şirkətin kredit borclarının ödənilməsi, avtobusların əsaslı təmiri, bu səbəbdən qazancın olmaması barədə Həmidov Bürhan Əhməd oğlunun göstərdiyi xüsusatları istintaq orqanı digər sübutlarla yoxlamalı və qiymətləndirməli idi.

Avtobusların satışından və şəmişin daşınmasından gündəlik əldə olunan gəlirlərin bank hesabına daxil olmadan hansı formada qeyd olunan xərclərə sərf olunmasına aydınlıq gətirilməli idi. Üzləşmə istintaq hərəkətinin keçirilməsi üçün dəfələrlə ərizə və vəsatət verilməsinə baxmayaraq, Həmidov Bürhan Əhməd oğlunun yalan ifadə verməsinin ifşa olunması üçün onlarla Ağasəf İsmayılov arasında üzləşdirmə istintaq hərəkətləri keçirilməmişdir. Bürhan Həmidov əlavə ifadəsində göstərir ki, Elman Məmmədov elə bir etibarlı şəxs olmayıb ki, o qədər böyük məbləğdə pulun hər ay götürülməsini o, Elman Məmmədova etibar etsin. Bürhan Həmidovun dediklərindən fərqli olaraq, Xəlilov Ramil Mətləb oğlu ifadəsində bildirmişdir ki, o, bəzi dönəmlərdə Bürhan Həmidova hesabat vermişdir, bəzi dönəmlərdə Ramiz adlı şəxsə, bəzi dönəmlərdə isə Ağasəfə. Heç vaxt Məmmədov Elman Nəriman oğluna istər şirkətin Bakıxanov qəsəbəsində yerləşən qarajında, istərsə də, hər hansı bir yerdə hər hansı məbləğdə pul vəsaiti verməmiş, əksinə şirkətin “Pasha” bankda olan kredit ödənişləri ilə bağlı dəfələrlə Elmandan müəyyən miqdarda pul vəsaiti almışdır. Ramiz Məmmədovun Bürhan Həmidov qarşısında cavabdeh olduğunu, sonuncudan xəbərsiz iş görmədiyini bildirmiş, ona görə də dolayısı ilə düşünmüşdür ki, hər halda Bürhan Həmidovun da həmin alqı-satqıdan xəbəri olmuşdur. Həmin avtobusların alqı-satqısı barədə tapşırığı birbaşa olaraq Ramiz Məmmədovdan almış, Bürhan Həmidov nəqliyyat vasitələrinin satılması ilə bağlı ona hər hansı rəsmi və qeyri-rəsmi göstəriş verməmişdir. Üzləşdirmə istintaq hərəkəti zamanı Xəlilov Ramil Mətləb oğlu bildirmişdir ki, Vergi cinayətlərin ibtidai araşdırılması Baş İdarəsində 2023-cü ilin aprel ayında dövlət büdcəsindən yayındırılmış və sonradan tərəfindən ödənilmiş 57.531,52 manat pul vəsaitini tanışından borc olaraq almışdır. O, sadəcə olaraq söhbət əsnasında misal çəkərək göstərmişdir ki, “həmin pul vəsaitini atamdan və ya Bürhan Həmidovdan almışam, bunun nə fərqi var ki, əsas odu pul ödənilibdir”. Həmidov Rövşən Bühan oğlu ifadəsində təsisçisi olduğu “Transkontrol” MMC- nin nə vaxt təsis olunması, hansı sayda avtobusların olması, “Magna Trans” MMC-ə məxsus avtobusların təsisçisi olduğu şirkətə keçməsindən, şəriki Ramiz Məmmədovun fəaliyyətindən xəbəri olmadığını göstərdiyi halda, “Magna Trans” MMC ilə bağlı suallara cavab verərkən “cəmiyyətin bu günə gəlib çıxmasının səbəbkarının Ağasəf olması, Ağasəf İsmayılovun cəmiyyəti başsız qoyub xaricə getməsini və bundan sonra Ramizin gələrək cəmiyyəti nizama salmasını göstərməsi onun özünümüdafiə xarakterli ifadə verməsini göstərir.

 Şahid Məmmədov Elman Nəriman oğlu istintaqa ərizə yazaraq, şirkətin pullarım şəhərdaxili marşrutlar üzrə hər gün Razində yerləşən şirkətin qarajından, hər gün 7000,0 – 10000,0 manat aralığında olmaqla Ramil Xəlilovdan, Ramizdən, Ramiz öləndən sonra onun oğlundan, ondan sonra Taleh İmanovdan, 2-3 dəfə də qardaşıoğlu Anar Məmmədovdan götürürdüyünü və Bürhan Həmidova çatdırdığını, 2015-ci ildən Bürhan Həmidovun həmin şirkəti qeyri-rəsmi Ramizə icarəyə verdiyini, bundan sonra pulları aylıq şəkildə, hissə-hissə olmaqla ay ərzində 150 min manat civarında götürdüyünü, pulları götürərkən, qarajda kitaba qeyd olunduğunu, Bürhan Həmidova pulları çatdırdıqdan sonra onun tapşırığı ilə Ağasəf İsmayılova ayda bir dəfə 5 min, 8 min 10 min olmaqla pul aparıb şəhərin müxtəlif yerlərində verdiyini göstərməsinə baxmayaraq, istintaq orqanı həmin xüsusatları araşdırmır…”

(DAVAMI VAR)

“Təzadlar”ın Araşdırma Qrupu

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!