Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Lisey və gimnaziyalara qəbul üzrə seçimlərin nəticələri açıqlanıb. Nəticələrə əsasən, bəzi təhsil müəssisələrində keçid balları arasında ciddi fərq yaranıb.
Azərbaycan Respublikasının Təhsil İnstitutunun rəsmi saytında dərc olunan məlumatlara görə, Azərbaycan bölməsi üzrə ən yüksək minimum keçid balı 54.13 olub. Bu göstərici Rəqəmsal Biliklər Liseyində qeydə alınıb.
Sonrakı pillələrdə isə aşağıdakı liseylər qərarlaşıb:
Azərbaycan bölməsi üzrə ən aşağı minimum keçid balı isə 10 bal olub. Bu göstərici Ağdaş şəhər Məqsud Şeyxzadə adına internat tipli texniki, humanitar və təbiət fənləri təmayüllü gimnaziyada qeydə alınıb.
Rus bölməsində isə ən yüksək minimum keçid balı 18.75 olub. Bu nəticə Bakı şəhəri Azad Hümbətov adına 291 nömrəli ekologiya liseyində qeydə alınıb.
Rus bölməsi üzrə digər yüksək nəticələr:
Akademik Zərifə Əliyeva adına lisey – 17.50 bal;
287 nömrəli “Zəkalar” liseyi – 17.38 bal;
Kimya-biologiya təmayüllü Respublika liseyi – 17.13 bal.
Rus bölməsində ən aşağı minimum keçid balı 10 bal olub. Bu göstərici 16 nömrəli texniki və humanitar fənlər liseyi də daxil olmaqla bir neçə təhsil müəssisəsində qeydə alınıb.
“Şagirdlər qəbulun nəticələri ilə sy.edu.az platformasında “İmtahanlar” bölməsinin “Lisey seçimi” alt bölməsindən tanış ola bilərlər”, – ARTİ-nin məlumatında bildirilib.
Qeyd edək ki, lisey və gimnaziyalara qəbul üzrə seçim prosesi iyulun 8–14-də aparılıb. İmtahanlarda ölkə üzrə 7 minə yaxın şagird iştirak edib.