21 İyul 2026 / 11:09

Aparıcının təhsil şirkəti şikayətlərdən sonra fəaliyyətini dayandırıb – “Sözün bitdiyi an”…

Xəbər verdiyimiz kimi, bir qrup vətəndaş Nigar Fərhadın rəhbərlik etdiyi “Aid-Group” xaricdə təhsil şirkətindən şikayətçidir.

Artıq şirkətin sosial şəbəkə hesabında məsələ ilə bağlı paylaşım edilib:

“Şirkətimiz fəaliyyətinə müvəqqəti ara verib. Fəaliyyətimiz həftə ərzində bərpa olunduqdan sonra bu barədə məlumat verəcəyik”.

Şirkətlə bağlı məlumatların şərh bölümündə isə Nigar Fərhadın saxlanılması haqda rəylər yazılıb. Rəylərdə bildirilib Nigar Fərhad müştərilərin şikayəti əsasında saxlanılıb.

Qeyd edək ki, Nigar Fərhad “Kanal S”də “Sözün bitdiyi an” verilişinin aparıcısı kimi tanınıb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!