Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
22 İyul 2026 / 09:19

15 yaşı olmayanlara sosial şəbəkələr qadağan edilir-FRANSADA

Nəhayət, mütəxəssislər başa düşdü ki, sosial şəbəkələr azyaşlıları məhvə aparır… Bunu nəzərə alan Fransa parlamenti ilkə imza atmaqdadır: 15 yaşdan kiçik şəxslərin sosial şəbəkələrdən istifadəsini qadağan edən qanunu qəbul edildi. Tezadlar.az xəbər verir ki, 2027-ci ilin yanvarından qüvvəyə minəcək bu qanun Avropada ilk olacaq. Qanun çərçivəsində qadağa iki mərhələdə həyata keçiriləcək. İlk mərhələdə, 2026-cı ilin sentyabr ayından etibarən 15 yaşdan kiçik şəxslər sosial şəbəkələrdə yeni hesab aça bilməyəcəklər. Həmin tarixdən sonra yaradılan bütün yeni hesablar üçün yaşın təsdiqlənməsi məcburi olacaq. İkinci mərhələdə isə 2027-ci ilin yanvarından etibarən bu tələb mövcud bütün hesablara da şamil ediləcək. Beləliklə, Fransada sosial şəbəkələrdən istifadə edən hər kəs yaşını təsdiqləməli olacaq. Yaşını 15-dən yuxarı olduğunu sübut edə bilməyən istifadəçilərin platformalara çıxışı məhdudlaşdırılacaq. Qanuna əsasən, sosial media şirkətləri Fransa Məlumatların Mühafizəsi üzrə Tənzimləyici Qurumu tərəfindən təsdiqlənmiş yaşın yoxlanılması sistemlərindən istifadə etməli olacaqlar. Hökumət bildirir ki, bu texnologiyalar artıq mövcuddur və onların tətbiqi həm effektiv, həm də təhlükəsizdir. Fransa Prezidenti Emmanuel Makron qanunun qəbulunu alqışlayaraq bildirib ki, bu təşəbbüs onun prezidentlik dövrünün əsas vədlərindən biri idi. O, sosial şəbəkələrin uşaqların psixi sağlamlığına mənfi təsiri ilə bağlı artan narahatlıqlar fonunda belə addımın zəruri olduğunu vurğulayıb. Bununla yanaşı, qanun parlamentdə birmənalı qarşılanmayıb. Sol siyasi qüvvələrin bir hissəsi sənədi tənqid edib. Mütəxəssislər isə yaşın təsdiqlənməsi sistemlərinin şəxsi məlumatların qorunması baxımından risklər yarada biləcəyini, yeniyetmələrin texniki üsullarla bu məhdudiyyətləri keçə biləcəyini və onların daha az nəzarət olunan platformalara yönələ biləcəyini bildirirlər. Fransanın rəqəmsal məsələlər naziri Anne Le Henaff isə qanunun qısa müddətdə tətbiqinə etirazları qəbul etməyərək bildirib ki, yaşın təsdiqlənməsi üçün zəruri texnologiyalar artıq istifadəyə hazırdır və əlavə gecikməyə ehtiyac yoxdur.

Azərbaycanda da bu vəziyyətdən narahatlıq var. Sosial şəbəkələr artıq zərərini verməkdədir…

SƏBUHİ

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!