Əsas məzmuna keç

Erməni müstəntiq axtarış zamanı evdən tapılan pula tamah saldı və…

Ermənistanda İstintaq Komitəsinin əməkdaşı 500 dollar və 40 avro mənimsəyib…

Ermənistan mətbuatının məlumatına görə, Ermənistanda  müstəntiq axtarış zamanı müsadirə edilən pulları oğurladığına görə tutulub.

ER İstintaq Komitəsinin əməkdaşı Vazgen Abqaryan narkotik şübhəlisinin mənzilində axtarış apararkən 500 dollar və 40 avro aşkar edib.

Pul istintaq zamanı müsadirə edilib, lakin sonradan müstəntiqin onu cibinə qoyduğu və əskinasların yerinə başqa bir möhürlü zərf yerləşdirdiyi məlum olub.

Oğurluq aşkar edildikdə, müstəntiqə qarşı iş açılıb və o, işdən çıxarılıb. Həmçinin ona səfər qadağası tətbiq edilib.

 

JASMİN

 

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…