24 İyul 2026 / 07:17

Nazir Adil Kərimli Xalq artisti Flora Kərimovanı evində ziyarət etdi və….

Ötən gün Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli görkəmli müğənni, Xalq artisti Flora Kərimovanı 85 illiyi münasibətilə evində ziyarət edib. Tezadlar.az Mədəniyyət Nazirliyinə istinadla xəbər verir ki, nazir Xalq artistini yubileyi münasibətilə təbrik edib, xoş arzularını çatdırıb. Qeyd olunub ki, görkəmli bəstəkarların mahnıları sənətkarın ifasında musiqisevərlərin rəğbətini qazanıb, bu gün də könülləri oxşayır. Prezident İlham Əliyev tərəfindən mədəniyyətə və incəsənət xadimlərinə daim diqqət və qayğı göstərildiyini deyən Adil Kərimli Flora Kərimovanın sənətinin də yüksək qiymətləndirildiyini bildirib. Xalq artisti Flora Kərimova müalicəsinə göstərdiyi diqqət və dəstəyə görə Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.

Xatırladırıq ki, Xalq artisti Flora Kərimovanın 85 yaşı tamam olub. Korifey sənətkarımıza can sağlığı, gümtahlıq arzulayırıq!

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!