Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
24 İyul 2026 / 13:55

Ukrayna dronları Rusiyanın hərbi zavodunu və böyük neft bazasını darmadağın etdi

Ukrayna Müdafiə Qüvvələri Rusiyanın Kirov şəhərindəki əsas hərbi müəssisələrdən birinə, eləcə də təxminən 1 350 kilometr məsafədə yerləşən neft obyektinə zərbə endirib. Tezadlar.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski öz teleqram kanalında məlumat verib. “Bu gün Ukrayna Müdafiə Qüvvələri Rusiyanın Kirov şəhərindəki mühüm hərbi müəssisələrdən birini vurub. Bu müəssisə Rusiyanın aviasiya və raket texnikası üçün komponentlər tədarük edir”, – o qeyd edib. V.Zelenski həmçinin bildirib ki, Ukrayna qüvvələri ölkə sərhədindən təxminən 1 350 kilometr məsafədə yerləşən neft obyektinə zərbə endirib. Onun sözlərinə görə, Rusiya ordusunu dronlar üçün komponentlər, naviqasiya avadanlıqları və s. ilə təmin edən Rusiya logistikasına qarşı əməliyyat da davam edir.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!