Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
24 İyul 2026 / 14:47

Ukrayna dronları Rusiyanın zenit raketləri istehsalı zavodunu vurdu: 6 ölü, 26 yaralı!

Ukrayna “Flaminqo” raketi ilə Rusiyanın Kirov şəhərində yerləşən “AVİTEK” zavodunu dağıtdı. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla xəbər verir ki, hücumdan sonra zavodda güclü yanğın baş verib. Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumatına əsasən, müəssisə “yer-hava” sinifli idarəolunan zenit raketləri, raket-hədəflər, pilotların xilas edilməsi üçün katapult oturacaqları, aviasiya yükqaldırma sistemlərinin istehsalı üzrə ixtisaslaşıb. Bildirilir ki, zavod həmçinin “Tor” zenit-raket komplekslərinin istehsalı proqramında iştirak edir. Məlumata görə, “AVİTEK” ABŞ, Ukrayna və bir sıra digər ölkələrin sanksiyaları altındadır. Ukrayna Silahlı Qüvvələrinin bu raket zərbələri nəticəsində 6 nəfər ölüb, 26 nəfər yaralanıb.  Bu barədə Kirov vilayətinin qubernatoru Aleksandr Sokolov məlumat verib.

 

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!