25 İyul 2026 / 17:28

Göygöldə Milli Yaylaq Festivalında səhnə uçdu: yaralananlar oldu!

Bu gün Göygöl ərazisində keçirilən Milli Yaylaq Festivalında qəflətən çıxış üçün quraşdırılmış səhnə uçub. Tezadlar.az- a verilən

məlumata görə, hadisə Milli Yaylaq Festivalının keçirildiyi Xan Yurdu adlanan ərazidə qeydə alınıb. Səhnənin uçması nəticəsində 1998-ci il təvəllüdlü A. Oruci, 1997-ci il təvəllüdlü V. Məmmədov və daha bir neçə nəfər xəsarət alıb. Əraziyə təcili tibbi yardım avtomobilləri cəlb edilib. Polis əməkdaşları ərazidə xəsarət alanların təxliyə olunması, nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsi istiqamətində xidmət aparır. Səhnəni quraşdıranların bu işdə məsuliyyəti araşdırılır.

Səbuhi

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!