Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Olduqca maraqlıdır, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev iyulun 25-də Rusiya və Qazaxıstanın XXII Regionlararası Əməkdaşlıq Forumunda iştirak etməzdən əvvəl Omskda Rusiya Prezidenti Vladimir Putinlə görüşü zamanı Ukrayna-Rusiya münaqişəsinin dondurulması və İstanbul danışıqları formatına qayıdılması ehtimalını gündəmə gətirib. Tezadlar.az “Kazaxskaya pravda”ya istinadla xəbər verir ki, Tokayev ona Avropa və ABŞ-dan Ukrayna ilə Rusiya arasında mövcud vəziyyətlə bağlı çoxsaylı siqnallar daxil olduğunu deyib. Sitat: “Bilirsiniz, mənim fikrimcə, mən əvvəldən də demişəm ki, bu, dövlətlərarası münaqişədir. Bu, Krımda və ya başqa bir yerdə gedən hər hansı vətəndaş müharibəsi deyil. Biz həmişə Ukrayna xalqına, onun mədəniyyətinə və dilinə hörmətlə yanaşmışıq və hesab edirik ki, bu münaqişənin mahiyyəti bir çoxları, o cümlədən bizim üçün də tam aydın deyil”, – Qazaxıstan Prezidenti vurğulayıb. Tokayev qeyd edib ki, Azərbaycanla Ermənistan arasında uzun illər davam etmiş münaqişənin mahiyyəti və tarixi kökləri aydın olsa da, Ukrayna-Rusiya münaqişəsinin səbəblərini anlamaq daha çətindir. Tokayev, həmçinin Vladimir Putinin Alyaskanın Ankoric şəhərində keçirilən görüş zamanı maksimum diplomatik çeviklik nümayiş etdirdiyini söyləyib. Sitat: “Bu, sadəcə mənim təvazökar fikrimdir. Ola bilsin ki, artıq bu münaqişəni dondurmağın və İstanbul formulu 2.0-a qayıtmağın vaxtıdır. Çünki orada əhəmiyyətli nəticələr əldə olunmuşdu. Daha sonra isə təbii ki, Rusiya da daxil olmaqla böyük dövlətlərin təminatları altında bu prosesi irəli aparmaq olar”.
Bu artıq o deməkdir ki, dünya Rusiyanın imperiya maraqlarına bələdfir və səmimiliyinə qətiyyən inanmır.
A.Məmmədli