26 İyul 2026 / 11:59

Hörmüz boğazından icazəsiz keçməyə çalışan 6 gəmi xəbərdarlıq atəşi ilə dayandırılıb

İran İnqilab Keşikçiləri Korpusu xəbərdarlıq atəşi ilə “təyin olunmuş marşrutdan kənarda” Hörmüz boğazından keçməyə çalışan 6 gəminin qarşısını aldığını açıqlayıb.

Tezadlar.az xəbər verir ki, İran dövlət televiziyasının məlumatına görə, icazəsiz Hörmüz boğazından keçməyə çalışan gəmilərə irəliləməyə icazə verilməyib.

Açıqlamada bildirilir ki, İran İnqilab Keşikçiləri Korpusu Hərbi Dəniz Qüvvələri son 24 saat ərzində xəbərdarlıq atəşi ilə Hörmüz boğazından icazəsiz keçməyə çalışan 6 gəminin qarşısını alıb və gəmiləri marşrutlarını dəyişdirməyə məcbur edib.

İnqilab Keşikçiləri Korpusu dünən Hörmüz boğazından icazəsiz keçməyə çalışdığı müəyyən edilən 4 gəminin dayandırıldığını açıqlayıb.

ELBAR

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!