Əsas məzmuna keç

İranda sərnişin avtobusu aşdı: 11 ölü, 19 yaralı!

Ötən gün İranın İlam vilayətində sərnişin avtobusunun aşması nəticəsində 11 nəfər ölüb, 19 nəfər yaralanıb. Tezadlar.az xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hüseyn Kermanpur “X” sosial şəbəkəsində bildirib. Hadisə Dəşt-Abbas–Mormuri avtomobil yolunda baş verib. İlkin məlumata əsasən, qəza nəticəsində yaralanan 19 nəfər xəstəxanaya yerləşdirilib. İlam vilayətinin Qızıl Aypara Cəmiyyəti daha əvvəl IRIB-ə açıqlamasında hadisə nəticəsində azı 5 nəfərin öldüyünü, 17 nəfərin yaralandığını bildirmişdi. Sonradan ölən və yaralananların sayı ilə bağlı məlumat yenilənib.

İran Səhiyyə Nazirliyinin rəsmisi yol-nəqliyyat hadisələrinin qarşısının alınmasında sürücülərin məsuliyyətli davranmasının vacibliyini vurğulayıb. Qəzanın dəqiq səbəbi barədə hələlik məlumat verilməyib.m

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…