Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“Ukrayna Prezidenti Volodimir Zelenski İranın ticarət gəmisinə hücum edərək bir dənizçinin ölümünə səbəb olub”. Tezadlar.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi “X” hesabında yazıb. O bildirib ki, bu addım BMT Nizamnaməsinin kobud şəkildə pozulmasıdır və İsrailin Avropanı münaqişəyə cəlb etmək cəhdinə xidmət edir. Əraqçi əlavə edib ki, Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallas və Rusiyanın xarici işlər naziri Sergey Lavrovla telefon danışığında Kiyevin bu addımının cavabsız qalmayacağını vurğulayıb.
Ötən gün Ukrayna rəsmiləri bəyan etdi ki, qeyd edilən gəmi Rusiyaya dron daşıyırmış və işğalçı ölkəyə kömək edənlərin bütün hədəfləri vurulacaq. Hansı ki, İranın Rusiyaya ötürdüyü zərbə dronları Ukraynada mülki obyektlərə itki verməkdədir.
A.Məmmədıi