Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

…Sinoptiklər iki gündür xəbərdarlıq edib ki, şimal küləyi gəlir, özü də Zelenskiyə bərk əsəbləşmiş Rusiya tərəfdən… Şimal küləyi isə özü ilə toz və ağacların yarpaqlarını gətirib Bakının tərtəmiz küçələrinə səpələyir. Amma və lakin…
Bakı küçələrində isə maraqlı mənzərə var. Bu gün Bakıda keçirilən güləş üzrə dünya çempionatına görə paytaxtda çoxsaylı qonaqlar vardır. Ona görə də Bakı meriyasının Təsərrüfat İdarəsi bütün süpürgəçiləri xəkəndazla birlikdə töküb küçələrə. Belə küləkli havada isə süpürgə qətiyyən kara gəlmir. Burdan süpürürlər, o tərəfdən şimal küləyi yarpaqları alıb atır o biri tərəfə.
Elə işıqforda söhbət etdiyimiz süpürgəçi nənə də beləcə dedi: “Belə havada yarpağı sovuran iri elevator lazımdır, tozu sovuran maşından… Süpürgə bu küləkdə neyləyəsidir…”.
Doğru! Bakı meriyası niyə belə küləkli havalarda küçələrə toz-torpağı, yarpağı… sovurub götürən bunkerli elevatorları çıxarmır? Ehtiyatda yoxdur? “Kitay”dan maşın ala biliriksə, bunu alıb gətirmək nə çətin işdir???
A.Məmmədli
