Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Hüquqi şəxslərin (şirkət, müəssisə, təşkilat və s.) rəhbərləri elektron imzadan istifadə edərkən təhlükəsizlik məsələsi xüsusi əhəmiyyət daşıyır.
Bu baxımdan, elektron imzanın başqasına verilməsi həmin şəxslərə aid məlumatların üçüncü tərəflərin əlinə keçməsi riskini yaradır.
Gücləndirilmiş elektron imzalar əl imzası ilə eyni hüquqi qüvvəyə malik olduğundan onun mühasib və ya digər şəxsə nəzarətsiz şəkildə ötürülməsi qurum rəhbərinin rəqəmsal kimliyinin sui-istifadəsinə yol aça bilər. Ümumi olaraq, elektron imza daşıyıcılarının və PİN kodunun başqasına həvalə edilməsi aşağıdakı riskləri və məlumatların ələ keçirilməsi təhlükəsini formalaşdırır:
Yuxarıda qeyd olunan risklərin qarşısını SİMA yeni nəsil rəqəmsal imza sayəsində almaq mümkündür. Belə ki, burada rəhbər şəxs tam elektron qaydada (kabinet.sima.az) şirkətin istənilən əməkdaşına öz elektron imzasını ötürmədən imza səlahiyyəti verə bilir. Səlahiyyət ötürülən şəxs isə sistemə öz rəqəmsal imzası ilə daxil olduğu üçün rəhbərə aid heç bir şəxsi məlumata baxa bilmir, yalnız daxil olduğu sistem üzrə əməliyyatları icra edə bilir. Əlavə olaraq, hansı əməliyyatın hansı işçi tərəfindən nə vaxt icra edildiyi sistem üzərindən izləmək mümkün olur. Bununla da şəxsi məlumatların kənar şəxslərin əlinə keçməsinin qarşısı alınır.
“SİMA İmza” haqqında
SİMA yeni nəsil rəqəmsal imza AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC tərəfindən yaradılıb. “SİMA İmza” istifadəçilərə müxtəlif dövlət və özəl xidmətlərdən təhlükəsiz və sürətli şəkildə yararlanmağa imkan verən rəqəmsal imza həllidir. Rəqəmsal imzanı xidmət məntəqəsinə getmədən ödənişsiz şəkildə mobil tətbiq vasitəsilə əldə etmək mümkündür.