Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Azərbaycan və Braziliya gömrük xidmətləri arasında “2026-cı il üzrə Birgə Gömrük Əməkdaşlığı Planı” imzalanıb.
Tezadlar.az xəbər verir ki, imzalanma bu gün Braziliya Federal Gəlirlər Xidmətinin Gömrük Administrasiyasının rəhbəri Fabiano Koelhonun Azərbaycana səfəri çərçivəsində baş tututb.
Sənəddə ikitərəfli əməkdaşlığın institusional əsaslarının möhkəmləndirilməsi və gələcək fəaliyyət istiqamətləri müəyyən edilib.
Dövlət Gömrük Komitəsində Fabiano Koelho ilə keçirilən görüşdə iki ölkənin gömrük orqanlarının arasındakı münasibətlərin mövcud vəziyyəti, əlaqələrin inkişaf perspektivləri müzakirə edilib, əməkdaşlığın genişləndirilməsinin, qabaqcıl təcrübələrin mübadiləsinin gücləndirilməsinin vacibliyi vurğulanıb, “Dövlət Gömrük Komitəsi tərəfindən həyata keçirilən islahatlar və təşəbbüslər” mövzusunda təqdimat nümayiş etdirilib.
Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərində yerləşən Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinə səfər edən qonağa ofisin regional əməkdaşlıq təşəbbüsləri və potensialın gücləndirilməsi layihələri barədə məlumat verilib. Həmçinin Səlahiyyətli İqtisadi Operator, “Bir pəncərə” və inteqrə edilmiş risk idarəçiliyi sahələrində Braziliya gömrük xidmətinin təcrübəsinə dair təqdimat nümayiş etdirilib, fikir mübadiləsi aparılıb.
Görüşdən sonra Dövlət Gömrük Komitəsində Hədəf Mərkəzinin fəaliyyəti ilə tanış olan qonağa son dövrlərdə gömrük xidmətində həyata keçirilən rəqəmsal transformasiya, süni intellekt əsaslı həllər, innovativ layihələr və müasir idarəetmə yanaşmaları ilə bağlı xüsusi təqdimatlar əsasında ətraflı məlumat verilib.