Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
28 İyul 2026 / 12:14

“Gürcüstan hökumətinin nifrət nitqi ilə mübarizə idarəsi bizi narahat edir”- ABŞ SƏFİRLİYİ

ABŞ-ın Gürcüstandakı səfirliyi jurnalist Vaxo Sanaianın saxlanılması ilə bağlı “Azadlıq Radio”sunun sualını cavablandırarkən bildirib ki, Gürcüstan hökumətinin nifrət nitqi ilə mübarizə idarəsinin fəaliyyəti narahatlıq doğurur. Tezadlar.az xəbər verir ki, səfirlikdən verilən açıqlamada vurğulanıb ki, yalan və yanlış fikirlərə ən yaxşı cavab daha çox söz azadlığıdır, məcburi sükut deyil. “Tramp administrasiyası açıq şəkildə bəyan edib ki, Birləşmiş Ştatlar söz azadlığını fəaliyyət göstərən cəmiyyətin əsas təməli hesab edir. Biz senzuraya və arzuolunmaz fikirlərə malik insanların səsini boğmaq üçün istifadə olunan məhdudlaşdırıcı qanunlara qəti şəkildə qarşıyıq. Bunu gürcü tərəfdaşlarımıza da çatdırmışıq. Sabitlik, vətəndaşları təmsil edən və dövlət institutları ilə əməkdaşlıq edən siyasi müxalifətin mövcudluğunu tələb edir. Geniş siyasi təmsilçiliyə əsaslanan sabitlik Gürcüstanı Amerika investisiyaları, təhlükəsizlik sahəsində əməkdaşlıq və uzunmüddətli strateji tərəfdaşlıq üçün etibarlı tərəfdaşa çevirən əsas amillərdən biridir”, – deyə səfirliyin bəyanatında bildirilir.

ABŞ səfirliyi əlavə edib ki, Gürcüstan hökumətinin nifrət nitqi ilə mübarizə idarəsi onları narahat edir: “Yalan və yanlış baxışlara veriləcək ən yaxşı cavab daha çox söz azadlığıdır, məcburi şəkildə yaradılan sükut deyil”, – deyə açıqlamada qeyd olunub.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!