Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
28 İyul 2026 / 15:05

“Yaprak dökümü”nün “Necla”sı illər sonra yeni serialda yer alacaq

Məşhur aktyor Oktay Kaynarca və aktrisa Fahriye Evcen yeni serialda tərəf müqabili olacaq.

Aktyor Oktay Kaynarcanın prodüserliyini də etdiyi “Hamal” adlı layihədə ona Fahriye Evcen tərəf müqabili seçilib.

Kaynarca açıqlamasında Fahriyenin rola çox yaraşacağını bildirib. O qeyd edib ki, aktrisa ssenarini oxuduqdan sonra layihəyə böyük maraq göstərib.

“İnsanlar Fahriyenin obrazını gözləyəcəklər”, – deyə Oktay vurğulayıb.

Qeyd edək ki, Oktay Kaynarca və Onur Kaynarcanın rəhbərlik etdiyi KYN Yapım tərəfindən hazırlanan serial güclü sevgi və intiqam hekayəsini ekrana daşıyacaq. Layihənin çəkilişlərinə sentyabrda başlanacağı gözlənilir.

Evcen uzun illərdir heç bir serialda rol almır.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!