Dövlət sərhədini pozmağa cəhd edən xarici ölkə vətəndaşları tutulub.
Tezadlar.az xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən Milli.Az-a verilən xəbərə görə, hadisə Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində qeydə alınıb.
Keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində İrandan Azərbaycan istiqamətinə dövlət sərhədini pozmağa cəhd edən 3 nəfər Əfqanıstan İslam Əmirliyi vətəndaşı saxlanılıb.
Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.







