225 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdinin ölüm hadisəsi ilə bağlı araşdırma aparılır.
Tezadlar.az- ın Baş Prokurorluğun Mətbuat xidmətinə daxil olmuş sorğusuna cavab olaraq bildirilib ki, oktyabrın 28-də Bakı şəhəri, Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdinin məktəbin 4-cü mərtəbəsindən yıxılması və aldığı xəsarətlərdən ölməsi faktl ilə bağlı Yasamal rayon prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, KİV-də yayılan məlumata – iddiaya görə, 7-ci sinif şagirdi anasının ölümündən sonra psixoloji travma alıb və intihar edib.







