Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verərək, xəsarət alanların tezliklə sağalmasını arzulayıb.
Tezadlar.az xəbər verir ki, bu barədə XİN-in “X” sosial şəbəkəsindəki paylaşımında bildirilib.
“İspaniyada baş vermiş faciəvi dəmir yolu qəzası bizi dərindən kədərləndirib. Həlak olanların ailələrinə və yaxınlarına, eləcə də İspaniya hökumətinə və xalqına səmimi başsağlığımızı bildiririk. Bu faciədən zərər çəkən hər kəsə mənəvi dəstəyimizi ifadə edirik. Xəsarət alanların tezliklə və tam sağalmasını arzulayırıq”, – paylaşımda qeyd olunub.







