Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
28 İyul 2026 / 16:35

Prezident sərəncamı olmadan internetin bloklanması mümkünsüzdür-İRAN RƏSMİSİ

İranda internet problemi ciddi vəziyyətə çatıb. Amma məlum olur ki, İran Prezidenti Məsud Pezeşkianın sərəncamı olmadan internet platformlarının fəaliyyətinin bloklanması mümkün deyil. Tezadlar.az  İRNA-ya istinadən xəbər verir ki, bunu İran hökumətinin sözçüsü Fatimə Mühacirani iyulun 28-də keçirdiyi həftəlik mətbuat konfransında bildirib. Onun sözlərinə görə, rəqəmsal platformaların və müəssisələrin fəaliyyətinin istənilən şəkildə bloklanması, dayandırılması, azaldılması və ya qadağan edilməsi yalnız Kiberfəzanın İdarə Edilməsi və Təşkili Baş İdarəsinin rəyi alınandan və Prezident Məsud Peseşkian uyğun sərəncam verəndən sonra mümkündür.

Qeyd edək ki, son bir neçə ay ərzində İranda internetə daxil olmaqda problemlər yaranır, eləcə də sosial şəbəkədən istifadədə çətinliklər yaşanır.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!