29 İyul 2026 / 09:55

Ukrayna dronları Rusiyanın Ryazan şəhərinə “qonaq gedib”: neft emalı zavodu yanır

Bu gecə Rusiyanın Ryazan şəhəri Ukraynanın pilotsuz uçuş aparatlarının kütləvi hücumuna məruz qalıb. Tezadlar.az xatırladır ki, nəticədə neft emalı zavodu və “Wildberries” şirkətinin çeşidləmə kompleksində güclü yanğın olub. Bu barədə “Ukrainskaya pravda” Rusiya mənşəli teleqram kanallarına istinadən məlumat yayıb. Məlumata görə, şəhərdə hava həyəcanı siqnalı yerli vaxtla saat 04:30-da verilib. Bundan sonra şəhər üzərində PUA-lar müşahidə olunub, partlayış səsləri eşidilib. OSINT mənbələrinin məlumatına əsasən, hücumun hədəfləri “Wildberries”in Ryazan şəhərindəki çeşidləmə kompleksi və yerli neft emalı zavodu olub. “Wildberries” şirkəti də çeşidləmə kompleksinə girişin müvəqqəti məhdudlaşdırıldığını təsdiqləyib. Ryazan vilayətinin qubernatoru Pavel Malkov isə şəhərin sənaye zonalarında yanğınların baş verdiyini təsdiqləyərək, buna səbəb kimi vurulan PUA-ların qalıqlarının düşməsini göstərib.

Rusiya da gecə saatlarında Ukrayna ərazisinə raket zərbələri endirib.

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!