Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Gözlənildiyi kimi, Rusiyada “Telegram”ın həmtəsisçisi Pavel Durova qarşı terrorçuluq fəaliyyətinə yardım etmə maddəsi ilə ittiham irəli sürülüb. Tezadlar.az “Komsomolskaya pravda”ya istinadla xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) İctimai Əlaqələr Mərkəzi məlumat yayıb. Məlumata əsasən, Pavel Durovun beynəlxalq axtarışa verilməsi proseduruna başlanılıb. FSB iddia edir ki, “Telegram” administrasiyası Ukrayna xüsusi xidmət orqanları, terrorçu və ekstremist təşkilatlar tərəfindən fəal istifadə olunduğu bildirilən çoxsaylı kanal, çat və botları silməyib. Rusiya hüquq-mühafizə orqanları məsələ ilə bağlı istintaq tədbirlərini davam etdirir.