29 İyul 2026 / 11:23

Vaxtı keçmiş problemli kreditlərin sayı daha da artıb

Bu il iyulun 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 719,4 milyon manat təşkil edib.

Tezadlar.az  Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, iyunun 1-i ilə müqayisədə 13,2 % çoxdur.

Ölkədə problemli kreditlərin məbləği ilin əvvəlinə nisbətən 37,1 %, son 1 ildə isə 36,4 % artıb.

İyunun sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 2,1 % təşkil edib. Bu nisbət mayın sonuna da 1,9 %, ötən ilin sonuna 1,6 %, ötən il iyunun sonuna isə 1,7 % olub.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!