Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
30 İyul 2026 / 10:16

“Kurtlar Vadisi”nin Polatı – Necati Şaşmaz illər sonra yenidən ortaya çıxdı

“Kurtlar Vadisi” serialında Polat Alemdar obrazı ilə milyonlarla insanın yaddaşına həkk olunmuş Necati Şaşmaz uzun müddətdir ki, yoxluqdan sonra yenidən peyda olub. Məşhur aktyorun tamamilə ağ saçları sosial mediada böyük ajiotaj yaradıb.

Tezadlar.az xəbər verir ki, Türkiyə televiziya tarixinin ən çox izlənilən prodakşnlarından biri olan “Kurtlar Vadisi” ilə böyük bir fan bazası qazanan Necati Şaşmaz uzun müddətdir sakit və tənha bir həyat yaşayır. Şəxsi tədbirlər istisna olmaqla, nadir hallarda ictimaiyyət qarşısına çıxan Şaşmaz bu yaxınlarda qatıldığı bir tədbirdə çəkilmiş şəkilləri ilə xəbərlərdə gündəm oldu.

Necati Şaşmaz axşam tədbirinə ağ köynək və ağ şalvar geyinərək qatılıb. Tədbirə gəldikdən sonra pərəstişkarları tərəfindən böyük maraqla qarşılanıb və onunla şəkil çəkdirmək istəyənləri geri qaytarmayıb. Şaşmazın ətrafındakı insanlarla söhbət etdiyi və izdihamın arasından keçərkən iştirakçıları səmimi qarşıladığı görülüb.

Polat

Məşhur aktyorun illər ərzindəki dəyişimi, xüsusən də ağarmış saçları diqqəti cəlb edib. Şaşmazın tədbirdən görüntüləri sosial mediada tez bir zamanda yayılıb. Bəzi istifadəçilər aktyorun nə qədər dəyişdiyini şərh etsələr də, bir çox fanat Necati Şaşmazı yenidən görməkdən məmnun olduqlarını bildiriblər.

Tədbir boyunca böyük diqqət çəkən Necati Şaşmaz iştirakçılarla şəkil çəkdirib. Bəzi insanları qucaqlayaraq qarşıladığı zaman onun isti münasibəti də kameralar tərəfindən lentə alınıb.

İllərdir Polat Alemdar obrazı ilə sinonim olan Necati Şaşmazın bu son görüntüləri “Kurtlar Vadisi” pərəstişkarlarını nostaljik səyahətə çıxarıb.

ELBAR

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!