Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
30 İyul 2026 / 13:45

Qumar oyunu təşkil edənləri bu cəzalar gözləyir – CM-də yeni dəyişiklik

Qumar oyunlarının təkrar keçirilməsi üçün yer təşkil etmə və ya saxlamanı virtual formada sosial şəbəkə platformalarından istifadə etməklə törədənlər 4 ilədək azadlıqdan məhrum olacaq.

Tezadlar.az  xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Cinayət Məcəlləsinə edilən dəyişiklikdə əksini tapıb.

Məcəlləyə əsasən, qumar oyunlarının keçirilməsi üçün yer təşkil etmə və ya saxlama təkrar virtual formada, o cümlədən internet şəbəkəsindən, mobil rabitə şəbəkəsindən, sosial şəbəkə platformalarından, digər elektron rabitə vasitələrindən, habelə internet və mobil telekommunikasiya tətbiqlərindən və ya digər texnologiyalara əsaslanan platformalardan istifadə edilməklə törədildikdə cinayət nəticəsində əldə edilmiş gəlirin iki mislinədək miqdarda cərimə edilməklə iki ildən dörd ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Həmçinin, Məcəlləyə əsasən, yetkinlik yaşına çatmayanların qumar oyunlarında iştirakına yol verməklə törədilməsinə görə də cəzalar sərtləşdirilir.

Belə ki, yetkinlik yaşına çatmayanların qumar oyunlarında iştirakına yol verməklə törədildikdə;

– qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;

– xeyli miqdarda gəlir əldə etməklə törədildikdə cinayət nəticəsində əldə edilmiş gəlirin iki mislinədək miqdarda cərimə edilməklə iki ildən dörd ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!