Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İbrahim Tatlısesin gəlini Yasemin Şefkatli bu dəfə şəxsi həyatı ilə deyil, biznes sahəsində atdığı yeni addımla gündəmə gəlib.
Tezadlar.az Türkiyə KİV-nə istinadla xəbər verir ki, 2021-ci ildə İdo Tatlıseslə ailə quran Yasemin Şefkatli uzun müddətdir üzərində çalışdığı kosmetika brendini təqdim edib. Brendin kolleksiyasına ətirlər, bədən spreyləri, günəşdən qoruyucu vasitələr və müxtəlif şəxsi qulluq məhsulları daxildir.
Məhsullar satışa çıxarıldıqdan qısa müddət sonra böyük maraqla qarşılanıb. Aylarla bu layihə üzərində çalışdığını bildirən Şefkatli gördüyü dəstəyin onu çox sevindirdiyini deyib.
“Mən bu işə çox əmək sərf etmişəm. İnanın, kövrəlmişəm. Məhsullarıma sonsuz inamım var idi, amma sizin mənə olan etimadınız məni ağlatdı”, – o, sosial şəbəkə hesabında yazıb.
Yasemin Şefkatlinin paylaşımı qısa müddətdə minlərlə bəyənmə və dəstək mesajı toplayıb. O, yeni brendinin gördüyü marağa görə izləyicilərinə təşəkkür edib.

