31 İyul 2026 / 05:50

HƏMAS Qəzzada tam tərksilah olunmasına razılıq verib?

ABŞ prezidenti Donald Trampdan sensasion açıqlama gəldi: prezident Qəzzada HAMAS və digər silahlı qrupların tam tərksilahını nəzərdə tutan tarixi razılaşmanın əldə olunduğunu açıqlayıb. Tezadlar.az xəbər verir ki, Tramp bu barədə “Truth Social” hesabında paylaşım edib. ABŞ Prezidenti bildirib ki, razılaşma Qəzzanın yeni Fələstin hökuməti tərəfindən idarə olunmasına və bölgədə uzunmüddətli sülh və təhlükəsizliyin təmin edilməsinə yönəlib. Onun sözlərinə görə, razılaşma Trampın 20 maddəlik planının icrası çərçivəsində mərhələli şəkildə həyata keçiriləcək. Tərksilah prosesi başa çatdıqdan sonra İsrail qoşunları Qəzzadan çıxarılacaq, Beynəlxalq Sabitləşdirmə Qüvvələri isə yeni Fələstin polis qüvvələri ilə birlikdə bölgədə təhlükəsizliyin təmin edilməsinə cavabdeh olacaq. Sitat: “Oktyabrın 7-də Qəzzada yaranan təhlükənin yenidən formalaşmasına imkan verilməyəcək. Bu razılaşma ilə Qəzza nəhayət öz xalqına xidmət edən yeni Fələstin hökumətinin idarəsinə veriləcək”.

SEPAH rəsmiləri hələki Trampın bu bəyanatına şərh verməyib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!