Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
31 İyul 2026 / 17:29

Tiktoker İlduzənin apellyasiya məhkəməsi keçirilib

Bir neçə gün əvvəl ev dustaqlığına buraxılan tiktoker İlduzə Hacıyevanın (Arzum) növbəti apellyasiya məhkəməsi keçirilib.

Tezadlar.az xəbər verir ki, proses zamanı qarşı tərəfin təqdim etdiyi vəsatətlər hakim tərəfindən qəbul edilməyib. Məhkəmədə etiraz bildirilib ki, həbs müddətinin 20 günü tamam olmadan apellyasiya məhkəməsi keçirilib və “Arzum” ev dustaqlığına buraxılıb.

Bildirilib ki, növbəti məhkəmə prosesi avqustun 7-də keçiriləcək.

Qeyd edək ki, “Arzum”un təqsirli bilindiyi qəza ötən ilin iyununda Mərdəkan qəsəbəsində olub. Gecə yarısı “Changan” markalı avtomobili idarə edən “Arzum” sola dönmə manevri edərkən arxadan gələn “Mercedes”lə yandan toqquşub. Nəticədə “Mercedes” idarəetmədən çıxaraq maneəyə çırpılıb və bir neçə dəfə aşıb. Qəza nəticəsində avtomobilin sürücüsü- 29 yaşlı Amal Məlikov hadisə yerində ölüb, həyat yoldaşı Sənubər Muradova isə ağır xəsarət alıb.

Açılan cinayət işinə əsasən, İ.Hacıyeva 5 il 2 ay müddətinə azadlıqdan məhrum edilib. Hökm elan edildikdən dərhal sonra o, məhkəmə zalında həbs olunaraq cəzasını çəkmək üçün ümumi rejimli cəzaçəkmə müəssisəsinə göndərilib.

Bir neçə gün əvvəl isə apellyasiya məhkəməsi keçirilib və tiktoker ev dustaqlığına buraxılıb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!