Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Keçək mətləbə: bəs iş adamı, “Magna Trans” MMC-nin təsisçisi İsmayılov Ağasəf İslam oğlu niyə Bakı şəhər Prokurorluğunu məhkəməyə verib? Hansı ki, belə hallar hüquq praktikasında çox az rast gəlinən hadisələr sayıla bilər…
Beləliklə, ərizəçi İsmayılov Ağasəf İslam oğlu məhkəməyə təqdim etdiyi şikayətində yazır:
«Hörmətli hakim,
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 03.02.2026-ci il tarixli, 3-16-10/2-İ-9308-11/2026-C-6420 saylı məktubu ilə mən- İsmayılov Ağasəf İslam oğlunun Ədliyyə Nazirliyinə daxil olmuş müraciəti aidiyyəti üzrə baxılması üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq idarəsinə təkrar müraciətimiz Ədliyyə Nazirliyinin İstintaq idarəsinin rəisi, baş ədliyyə müşaviri Sahib Rzayevin 02.03.2026-ci il tarixli, 3-16-12/2-61038/2026 məktubu ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Ədliyyə, gömrük və vergi orqanlarının istintaq, təhqiqat və əməliyyat axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinə göndərilmişdir.
Azərbaycan Respublikası Baş Prokurorluğu mən-İsmayılov Ağasəf İslam oğlunun Azərbaycan Respublikası Ədliyyə Nazirliyindən daxil olmuş müraciətləri 11 fevral və 03 aprel 2026-cı il tarixli məktubarla baxılması üçün isə Bakı Şəhər Prokurorluğuna göndərilmişdir.
Azərbaycan Respublikası Baş Prokurorluğunun və Baş Prokurorluğun Prokurorluqda İstintaqa Nəzarət İdarəsinin hərəkətlərinin qanunsuz hesab edilməsinə dair şikayətimiz üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası 6(3-6)-380/2026 saylı, 06.07.2026-cı il tarixli Qərarında göstərilmişdir: “Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası birinci instansiya məhkəsinin qərarı ilə razılaşaraq qeyd edir ki, iş materiallarının tədqiqi nəticəsində müəyyən edilmişdir ki, İsmayılov Ağasəf İslam oğlunun Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin müstəntiqi və Sabunçu rayon prokurorluğunun müstəntiqinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə ünvanlamış müarciəti baxılması üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilmiş, Azərbaycan Respublikası Baş Prokurorluğunun Prokurorluqda istintaqa nəzarət idarəsində qeydiyyata alınmış və araşdırılması üçün aidiyyəti üzrə Bakı şəhər Prokurorluğuna göndərilmişdir. Azərbaycan Respublikası Baş Prokurorluğunun Prokurorluqda istintaqa nəzarət idarəsi tərəfindən müraciətin baxılması üçün Bakı şəhər Prokurorluğuna göndərilməsi ilə bağlı hərəkətləri qanunvericiliyin tələblərinə uyğun olmuş, müraciətin qəbulundan imtina edilməsinə dair hər hansı prosessual hərəkət və ya qərar müəyyən edilməmişdir.”
Bakı Şəhər Prokurorluğu AR CPM-nin tələblərini pozmaqla, cinayət haqqında məlumatlara baxarkən ərizədə göstərilən dəlillərlə bağlı ilkin yoxlama apararaq, ərizəçidən əlavə sənədləri, ondan və digər şəxslərdən izahatları tələb etməmişdir ki, bu da cinayət haqqında ərizənin qəbul edilməsindən imtina deməkdir.
Bakı Şəhər Prokurorluğu cinayət prosesini həyata keçirən orqan səlahiyyətlərinə aid olan məlumatı aldıqdan sonra cinayət işinin başlanması üçün əsasların kifayət qədər olmasına dair ilkin yoxlama aparmaq və bundan sonra Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun qərar qəbul etməli olduğu halda hərəkətsizlik göstərmişdir.
Deməli, Bakı Şəhər Prokurorluğunun 4 ay müddətində cinayət haqqında ərizənin sadəcə “kargüzarlıq” daxilində saxlayıb prosessual qərar çıxarmaması birmənalı olaraq CPM-nin tələblərinin pozulmasıdır.
Qanunverici ərizənin qəbul edilməsindən imtina edilmə dedikdə, hərfi mənada ərizəni götürməkdən imtinanı deyil, ərizə üzrə prosessual hərəkətlərin edilməməsini nəzərdə tutmuşdur. Hazırki halda, ərizəçinin hüquq və mənafelərinə toxunan hərəkətsizliyin sonradan məhkəmə icraatı zamanı mübahisələndirmək imkanı yoxdur.
Beləliklə, Bakı Şəhər Prokurorluğu tərəfindən CPM-nin 207-ci maddəsində nəzərdə tutulmuş heç bir prosessual qərar qəbul edilməmiş, müraciət üzrə araşdırma aparılmamış, ərizədə göstərilən dəlillərlə bağlı ilkin yoxlama apararaq, ərizəçidən əlavə sənədləri, ondan və digər şəxslərdən izahatlar alınmalı olduğu halda, bundan əsassız imtina etmişdir.
Yuxarıda qeyd olunanlara əsasən hesab edirik ki, Bakı şəhər Prokurorluğunun cinayət haqqında ərizənin qəbul edilməsindən imtina edilməsindən ibarət hərəkətsizliyi qanunsuz hesab edilməlidir».
Beləliklə, bu gün məhkəmənin hazırlıq iclası keçirilib, Baş Prokurorluqdan müvafiq sənədlərin tələb olunması səbəbindən məhkəmənin növbəti iclası avqustun 11-nə təyin edilib.
Əlavə məlumat veriləcək.
Təqdim etdi: SƏBUHİ
P.S.Xatırladırıq ki, iş adamı, “Magna Trans” MMC-nin təsisçisi İsmayılov Ağasəf İslam oğlu Sabunçu rayon Prokurorluğunda hüquqlarının pozulması, eləcə də başına gətirilmiş müsibətlər barədə Baş prokuror Kamran Əliyevə dəfələrlə müraciət edərək tədbir görülməsini xahiş etmişdir… Həmin yazı-müraciətin linkini təqdim edirik: