Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
1 Avqust 2026 / 12:00

“Hələ də mənim Azərbaycandan kənarda olduğumu düşünürlər” – SEVİL ƏLİYEVA

Ümummilli Lider Heydər Əliyevin qızı, bəstəkar, “Şöhrət” ordenli Sevil Əliyeva yeni paylaşım edib. 

sevil eliyeva

Tezadlar.az xəbər verir ki, Sevil Əliyeva hazırda Azərbaycanda yaşadığını bildirib:

“Əziz Bacı və Qardaşlar,

Mənə göstərdiyiniz diqqətə, ünvanıma söylədiyiniz xoş sözlərə, səmimi arzulara və daim hiss etdiyim dəstəyə görə Hər Birinizə ürəkdən təşəkkür edirəm. Bu səmimi münasibət və sevgi mənim üçün çox dəyərlidir.

Uzun illər xaricdə yaşadığım üçün bir çox insanlar hələ də mənim Azərbaycandan kənarda olduğumu düşünürlər. Məlumat üçün bildirmək istəyirəm ki, 2017-ci ildən etibarən Bakıda, ata evimdə yaşayıram və həyatımı doğma Vətənimdə davam etdirirəm.

Hər birinizə möhkəm cansağlığı, firavanlıq, xoşbəxtlik və uğurlar arzulayıram. Hörmətlə, sizin Sevil Əliyeva”.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!