Əsas məzmuna keç

Bundan sonra əlilliyin verilməsində bu tələb olmayacaq – yeni qərar

Əlilliyin qiymətləndirilməsi qaydalarında dəyişiklik edilib.

Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Belə ki, indiyədək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin Tibbi-sosial ekspert komissiyasının qərarında vətəndaşın sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş də yer alırdı.

Yeni qərarla artıq bu tələb aradan qaldırılıb.

Beləliklə, bundan sonra tibbi-sosial ekspert komissiyasının qərarında sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş tələb olunmayacaq.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…