Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Almaniyanın 100-dən çox şəhər və dairəsi anomal istilər və quraqlıq fonunda su istehlakına məhdudiyyətlər tətbiq edib. Almaniya mediası yazır ki, su qıtlığı qış və yaz aylarında yağıntıların az olması, çaylarda suyun səviyyəsinin aşağı düşməsi və bir neçə ekstremal isti dalğası səbəbindən yaranıb.
Xüsusilə Münxendə bağ hovuzlarını doldurmaq, qazonları suvarmaq və avtomobilləri yumaq qadağan edilib. Hannoverdə havanın temperaturu 27°C-dən yuxarı olduqda bağların suvarılmasına qadağa qüvvədədir, Potsdamda isə dövlət saray bağlarının suvarılması dayandırılıb.
Artıq məhdudiyyətlərin tətbiq edildiyi 109 şəhər və dairənin əksəriyyətində görülən tədbirlər kənd təsərrüfatına təsir edib. O cümlədən tarlaların suvarılması üçün çaylardan və göllərdən su götürülməsi qadağan edilib.
Münxen Texniki Universitetinin professoru Yorq Drevesin sözlərinə görə, Almaniya təmizlənmiş çirkab sularının təkrar istifadəsini daha fəal şəkildə tətbiq etməli və su təchizatı infrastrukturunun inkişafına sərmayə yatırmalıdır. O xəbərdarlıq edib ki, suyun tam tükənməsi təhlükəsinin olmamasına baxmayaraq, ölkədə lokal su qıtlığı yarana bilər.
Anomal istilər Avropanın əksər ölkələrində də oxşar problemlərə yolaçıb.
Səbuhi