Əsas məzmuna keç

Tramp İrana hücumların yeni ildən sonra yenidən başlaya biləcəyi barədə xəbərdarlıq etdi

ABŞ prezidenti Donald Tramp ölkə ilə razılaşma əldə edilməzsə, 1 yanvardan sonra İrana qarşı hərbi hücumlar əmri verə biləcəyini bildirib.

Tezadlar.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Fox News-a telefon müsahibəsində mövzu ilə bağlı açıqlamalar verib.

İranlı danışıqçıları danışıqları dayandırmaqda günahlandıran Tramp razılaşma əldə edilməzsə, yeni ildən sonra ölkəyə qarşı hərbi hücumlar əmri verə biləcəyini söyləyib.

Tramp İran rəsmilərinin ABŞ-da 3 noyabr ara seçkilərindən əvvəlki ilə müqayisədə daha aqressiv mövqe nümayiş etdirdiyini iddia edib və danışıqçıları “peşəkar tap rəqqasları” adlandırıb.

İran rəsmilərinin daim danışdıqlarını, lakin konkret addımlar atmadıqlarını iddia edən Tramp davam edən danışıqların “mənasız” olduğunu söyləyib.

Tramp İranın ABŞ-nin dəniz blokadasını pozmağa çalışması ehtimalına da toxunaraq, “Ümid edirəm ki, çalışarlar və digər donanmaları kimi, hamısı dənizin dibində qalacaq” deyib.

ELBAR

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…