Əsas məzmuna keç

İran: 2 tanker Hörmüz boğazında minaya dəydikdən sonra yanıb

İran Hərbi Dəniz Qüvvələri Hörmüz boğazının şərqində qadağan olunmuş əraziyə daxil olduğu bildirilən iki neft tankerinin dəniz minalarına dəydikdən sonra yandığını açıqlayıb.

Tezadlar.az-ın məlumatına görə, İran Hərbi Dəniz Qüvvələrinin İctimaiyyətlə Əlaqələr Bölməsinin açıqlamasında bildirilir ki, dünən günortadan əvvəl Hörmüz boğazının şərqində qadağan olunmuş əraziyə identifikasiya və naviqasiya sistemləri söndürülmüş halda daxil olan iki neft tankeri dəniz minalarına dəydikdən sonra alovlanıb.

Açıqlamada əlavə edilib ki, xəbərdarlıqlara məhəl qoymadan və naviqasiya sistemləri söndürülmüş halda qadağan olunmuş ərazilərdə üzən gəmilərin sahibləri, operatorları və göndərilməsindən məsul olanlar tankerlərə dəyən nəticələrə və zərərlərə görə birbaşa məsuliyyət daşıyacaqlar.

ABŞ-nin 8 iyulda hücumlarını bərpa etməsindən sonra İran 12 iyulda Hörmüz boğazını yenidən bağlanıb.

Tehran administrasiyası təyin olunmuş marşrutdan yayınan və “icazəsiz keçən” gəmiləri hədəf alacağı ilə hədələmişdi.

ELBAR  

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…