3 Avqust 2026 / 13:13

İran XİN Ukraynanın Xəzər dənizində İran gəmisinə hücumunun qəsdən törədildiyini bildirib

İran hakimiyyəti Ukrayna qüvvələrinin Xəzər dənizində İran gəmisinə hücumunun qəsdən törədildiyi barədə dəlillərə malikdir.

Tezadlar.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib.

Bəqainin sözlərinə görə, Tehranın Ukrayna Silahlı Qüvvələrinin Xəzər dənizində İran gəmisinə hücumunun qəsdən törədildiyi barədə dəlilləri var. Diplomat bildirib: “Ukrayna rəsmilərinin sözlərinə görə, bu hadisə qəsdən törədilməyib, lakin mövcud dəlillər hücumun qəsdən törədildiyini göstərir”.

Bəqai əlavə edib ki, Tehran Ukraynanı məsuliyyətə cəlb etmək və gələcəkdə oxşar vəziyyətlərin qarşısını almaq üçün bütün zəruri tədbirləri görmək niyyətindədir.

Hadisə iyulun sonlarında Ukraynanın Xəzər dənizində Rusiyanın ərazi sularında yerləşən İran gəmisinə zərbə endirməsi ilə baş verib.

İran hakimiyyəti əvvəllər Kiyevin Xəzər dənizindəki hadisə ilə bağlı əsaslandırmalarını inandırıcı hesab etmirdi.

İranın xarici işlər naziri Abbas Əraqçi hücuma görə kompensasiya tələb olunduğunu bildirib.

ELBAR

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!