Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Moldova prezidenti Maya Sandu Ukrayna lideri Volodimir Zelenski, Ermənistanın baş naziri Nikol Paşinyan və Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevdən hədiyyələr alıb.
Tezadlar.az xəbər verir ki, Newsmaker.md saytının məlumatına görə, bu, Sandunun bəyanatında açıqlanıb.
Nəşrin məlumatına görə, Kiyevə səfərlərindən birində Sandu Zelenskidən ukraynalı modelyer Aleksandra Telienko tərəfindən əl ilə toxunmuş və 16.500 lei dəyərində “Kazak Barokkosu” dəsmalı alıb.
Ən bahalı hədiyyə Tokayev tərəfindən 24 mayda Sanduya ad günü münasibətilə hədiyyə edilib. Bu, Satti kolleksiyasından 20.500 lei dəyərində sarı qızıl boyunbağı olub.
Paşinyan isə Sanduya gümüş qabda “Ermənistan qoxusu” şamını hədiyyə edib.
İyun ayının sonunda Dnestryanı prezidenti Maya Sandu Ukraynadakı münaqişəyə son qoymaq üçün danışıqlarda Dnestryanı məsələsini qaldırmaq istəyini ifadə edib. O, qeyd edib ki, Avropa İttifaqı bu müzakirədə vasitəçi kimi çıxış edə bilər.
ELBAR