Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Türkiyə sakinləri daha mülayim iqlimə görə İstanbulu ölkənin qış paytaxtı etmək, bazar günləri ticarət mərkəzlərini bağlamaq və dövlət qulluqçularını dörd günlük iş həftəsinə keçirmək təklifi ilə çıxış ediblər.
Tezadlar.az xarici mediaya istinadən xəbər verir ki, bu və digər təkliflər son bir ay ərzində Türkiyə parlamentinə təqdim edilib.
Ən qeyri-adi təkliflər arasında İstanbulun qış paytaxtı elan edilməsi, Ankaranın isə yay paytaxtı olması fikri də var. Vətəndaşlar həmçinin özəl detektivlərin fəaliyyətini qadağan etmək, bazar günləri ticarət mərkəzlərini bağlamaq və dövlət qulluqçuları üçün dörd günlük iş həftəsi tətbiq etmək təklifi ilə çıxış ediblər.